Shelby American şirkətinin tarixi Ford konserni və onun məşhur Mustang modeli ilə sıx bağlıdır. Kərroll Şelbinin komandası ilk nəsil Mustang modellərinin təkmilləşdirilməsi ilə məşğul olaraq, onları zavod modelləri ilə müqayisədə daha incə idarəetmə xüsusiyyətləri ilə təmin edirdi.

O vaxtdan bəri, Mustang modelinin hər nəslinin Shelby versiyası var. Əfsanəvi modelin yeddinci nəsli hələlik Shelby zavod modifikasiyasında (Ford bu markadan lisenziya əsasında istifadə edir) buraxılmır, lakin Kərroll Şelbinin şirkəti artıq yeni Mustang modelinin əsasında hazırladığı versiyanı nümayiş etdirib.

Shelby Super Snake modeli donorundan aqressiv kuzov dəsti ilə fərqlənir. Bamperlər və kapotdakı əlavə hava girişləri, ön splitter, arxada diffuzor, həmçinin baqaj qapağındakı iri karbon antiqanad avtomobilin aerodinamikasını yaxşılaşdırmağa yönəldilib.

Yeni ön qanadlar karbonplastikdən, kapot isə, alüminiumdan hazırlanıb. Yüngülçəkili 20-düymlük təkər diskləri maqnezium ərintisindən hazırlanıb və qeyriressoraltı çəkiləri azaltmağa kömək edir. 

Kabriolet, əlavə olaraq, mümkün yuvarlanma zamanı şərnişinləri qoruyan güclü qövsü əldə edib - bu, seriya Mustang modellərində olmayan Shelby avtomobillərinin firma cəhətidir.

Şassi də genişmiqyaslı təkmilləşdirmələrə məruz qalıb: yeni amortizatorlar və yaylar döngələri daha dəqiq keçməyə imkan verəcəklər. Daha böyük və daha səmərəli Brembo əyləclərindən istifadə edilir ki, bu da əyləc məsafəsini azaltmaqla yanaşı, təkmilləşdirilmiş soyutma sayəsində yarış trekində əyləclərdən daha uzun müddət istifadə etməyə şərait yaradır.

Kapotun altındakı 487 at qüvvəli 5,0-litrlik V8 Coyote mühərriki standart olaraq qalır. Lakin Shelby Super Snake üçün ötürməli Whipple kompressorunu, Borla buraxılış sistemini və daha səmərəli soyutma sistemini quraşdırılmaqla mühərrikin təkmilləşdirilməsini sifariş etmək olar. Bu halda, mühərrikin gücü “840 at qüvvəsinin üzərində” olacaq.

Üstəlik, bu dəstə gücləndirilmiş yarımoxlar daxildir. Altı pilləli mexaniki və ya on pilləli avtomatik transmissiya arasında seçim təklif olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mexanik təkmilləşdirmələrə əlavə olaraq, bolluca dəri ilə üzlənmiş və pulcuqlar formasında naxışları olan fərqli interyeri sifariş etmək mümkündür. Ön paneldə və kapotun altında sıra nömrəsi olan ənənəvi lövhəciklər, həmçinin ayaqaltılar və ilan şəklini proyeksiya edən xarici işıqlandırma da var.

Amerika bazarı üçün 300 ədəd Shelby Super Snake kupe və kabrioleti hazırlanacaq. Avstraliyaya da çatdırılmaların həyata keçiriləcəyi söz verilir, lakin hələlik tirajla bağlı heç bir açıqlama verilməyib. Avtomobillərin istehsalına bu yay başlansa da, qiymətlər hələlik məlum deyil. Amma ABŞ-da Ford brendinin xüsusi səlahiyyətli dilerləri artıq sifarişləri qəbul etməyə başlayıblar.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.