Tezliklə təkrar doldurulan Skoda Superb Combi iV universalına liftbək kuzovlu bənzır modifikasiya qoşulacaq. Onun güc qurğusunun tərkibinə 150 at qüvvəli 1,5 TSI benzin “turbodördlüyü”, DSG “robotuna” inteqrasiya edilmiş 117 at qüvvəli dartma elektrik mühərriki və 25,7 kilovat/saatlıq batareya daxil olacaq. Hibrid sistemin gücü 204 at qüvvəsi, pik fırlanma anı isə, 330 Nm olacaq. Tam ötürməyə ümid etmək lazım deyil - o, yalnız hibrid əlavəsi olmayan ən güclü Superb modellərinin imtiyazıdır.

Belə bir sxemdəki elektrik mühərriki ya daxili yanma mühərrikinə kömək edə, ya da ondan asılı olmayaraq işləyə bilər ki, bu da avtomobilə elektrik dartması ilə 120 kilometrdən çox məsafə qət etməyə imkan verir. Hibridin batareyası 50 kilovata qədər gücə malik olan SC (sabit cərəynlı) şarjı dəstəkləyir. Bu halda, onu 10-dan 80% -ə qədər doldurmaq üçün 26 dəqiqə lazımdır, lakin batareyanın divara quraşdırılmış və ya DC (dəyişən cərəyanlı) şarj cihazından tam doldurulması iki saat yarım çəkəcəkdir.

Güc qurğusunun iş rejimi seçilmiş profildən asılıdır. Adi Eco, Comfort, Normal, Sport və Individual rejimləri ilə yanaşı, Superb Hatch iV modelinin E-mode, Hybrid mode və Sport mode xüsusi presetləri də var. Hibridin təchizatına ikinci nəsil LED Matrix fənərləri (50% daha çox seqmenti var və 15% daha parlaqdır), ekranı olan Smart Dials şaybası və geniş çeşiddə köməkçi elektronikası daxildir. Liftbəklərə sifarişlərin qəbuluna yaxın həftələrdə başlanacaq. İstehsalın başlanması cari ilin ikinci rübə planlaşdırılıb.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.