Bu smart brendi altında buraxılacaq krossoverin ilk rəsmi tizerləridir. Bu avtomobil ilə markanın tarixində yeni bir fəsil başlanacaqdır. Krossoverin yaradılması Geely holdinqi ilə birlikdə aparılır və ölçülərinə görə yeni krossover alışdığımız Smart modellərindən daha böyük olacaqdır.
Hələ üç il əvvəl smart markasının rəhbərliyi bütün model xəttinin elektrik ötürməsinə keçirələcəyini elan etmişdi, daha sonra isə, bu marka Daimler konserni ilə Çinin Geely holdinqinin ortaq olduqları firmaya çevrildi.
Avtomobillərin istehsalı Çinə köçürüləcək və onlar əvvəlki ilə müqayisədə tamamilə fərqli olacaqdırlar. Məsələn, Geely mütəxəssisləri tərəfindən hazırlanan krossover bu günə qədər yalnız bahalı Zeekr 001 modelinin inşasında istifadə olunan SEA (Sustainable Experience Architecture) modul platformasına əsaslanacaqdır.
Avtomobilin yaradılması əsasən Çində, Geely konserninin elmi-texniki mərkəzi tərəfindən aparılır, lakin onun görünüşünə Daimler konserninin baş dizayneri Qordon Vagenerin rəhbərlik etdiyi qrup cavabdehdir.
Tizerlərdən göründüyü kimi, smart köhnə "oyuncaq" dizaynından uzaqlaşaraq daha aqressiv görünüşə sahib olacaqdır. Bundan başqa, krossover üçün səslə idarəolunma və “hava” üzərindən proqram təminatının yenilənməsi funksiyalarına malik olan müasir media sistemi bəyan edilib.
Smart elektrik krossoverinin seriyaöncəsi variantı sentyabr ayında Münehdə keçiriləcək IAA avtosalonunda təqdim ediləcəkdir. Krossoverin əmtəə versiyasının 2022-ci ildə debüt edəcəyi gözlənilir. Avtomobillər Çində buraxılacaqdırlar.