Yeni nəsil Subaru Crosstrek krossoverinin təqdimatı beş ay bundan əvvəl keçirilib. Yaponlar ilkin olaraq daxili bazarda satılan modeli təqdim ediblər və ABŞ kimi əhəmiyyətli bazarı sonraya saxlayıblar. Amerikada satılacaq Crosstrek modeli texniki hissəsi ilə təəccübləndirməyi bacarıb, lakin sükanı sağ və sol tərəfdə yerləşən krossoverlərin eksteryer və interyeri demək olar ki, eynidir.
ABŞ-da hələlik hibridlərə ehtiyac yoxdur, buna görə də Subaru Crosstrek modelinin hər iki versiyası elektrikləşdirməsiz ötüşüb. Baza krossoveri 2,0-litrlik oppozit mühərrikini (154 at qüvvəsi, 197 Nm) qoruyub saxlayıb, əlavə ödəniş qarşılığında 2,5-litrlik atmosferik mühərrik (285 at qüvvəsi, 241 Nm) ilə təchiz edilmiş modifikasiyanı da almaq mümkündür.
Amerikada satılan bütün avtomobillər variator, dartma vektoruna nəzarət funksiyası və X-Mode ofroud rejimi olan tam ötürücü sistemi ilə təchiz edilir. ABŞ versiyasının klirensi isə iki santimetr artırılaraq 22 santimetrə çatdırılıb.
Yeni krossover ABŞ-dakı Subaru dilerlərinin salonlarında yazda peyda olacaqdır. Nəsil dəyişdirdikdən sonra, Crosstek modelinin başlanğıc qiymətinin əvvəlki səviyyədə (25 000 dollar) qalacağı məlumdur. Amerikada istehsal edilən və 2,5-litrlik mühərrik ilə hərəkətə gələn krossoverlərin qiyməti 29 min dollardan başlayacaqdır. Belə krossoverlərin satışına yayda start verləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.