Subaru şirkəti yeni nəsil Impreza modelinin tizerini dərc edib. Yeni Subaru Impreza modelinin debütü 18 noyabr tarixində işinə başlayacaq Los Anceles avtosalonunda baş tutmalıdır. Yeni model haqqında məlumat verilməsə də, onun Crosstek krossoverinin yolu ilə gedəcəyini gözləmək olar.

Subaru Crosstek modeli sentyabr ayında debüt edib və yapon markasının model xəttində Subaru XV kross-hetçbekini əvəzləyib. Görünən odur ki, hetçbek yeni kuzov və interyerə sahib olsa da, əvvəlki şassi və aqreqatlarını qoruyub saxlayacaqdır. 

Xatırladaq ki, hazırda satışda olan Subaru Impreza modeli 115 at qüvvəli 1,6-litrlik və 154 at qüvvəli 2,0-litrlik oppozit mühərrikləri ilə təchiz edilir. Güc aqreqatları variatorla tandemdə çalışırlar. Ötürmə - öndən və ya tam çəkişlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.