Jeep şirkətinin rəhbəri Cim Morrison V8 Hemi atmosfer mühərrikini əvəzləyəcək yeni altısilindrli Tornado mühərrikinin debüt tarixinə eyham vurub. “Autoblog” nəşrinin gələcək turbomühərrik barədə verdiyi sualı, Morrison başqa sualla cavablandırıb: “Siz Nyu Yorka gedirsiniz?”

Söhbət , əlbəttə ki, 15-24 aprel tarixlərində keçiriləcək Nyu York avtosalonundan gedir. Sərginin qapılarını mətbuat nümayəndələrinin üzünə 13 aprel tarixində açalacaqdır. Sadə hesablamalar yeni mühərrikin təqdimatına iki aylıq müddətin qaldığını bildirir.

Yeni sıralı 3,0-litrlik altısilindrli turbomühərrikin hazırlandığı barədə şayiələr iki ildən çoxdur ki, dolaşmaqdadır. Lakin həm Fiat-Chrysler konserni, həm də Stellantis ittifaqı bu şayiələri şərh etməkdən boyun qaçırıb. Qeyri-rəsmi məlumata görə, Tornado xəttindən olan mühərriklərin istehsalına 1,5 ay bundan öncə test rejimində başlanılıb.

Demək, Nyu Yorkda jurnalistlərə yeni mühərriki hazır vəziyyətdə göstərə və onun tətbiqi planları ilə bölüşə bilərlər. İlkin məlumata görə, Tornado mühərrikinin yeni Grand Cherokee və Wagoneer modellərində 5,7-litrlik Hemi V8 aqreqatını əvəzləyəcək ən güclü versiyası nümayiş etdiriləcəkdir.

Sonradan yüngül, ekoloji və qənaətcil 3,0-litrlik Tornado mühərrikləri Dodge Charger və Challenger maslkarları və Ram pikapları, habelə Wrangler və Gladiator modellərində quraşdırıla bilərlər. Bir sözlə, təqaüdə təkcə Hemi V8 mühərriki deyil, V6 Pentastar atmosfer mühərriki də göndərilə bilər.  

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.