Toyota şirkəti tamamilə yeni Camry modelinin ilk şəklini nümayiş etdirib. Brendin Şimali Amerika ofisi "yeni şəfəq yaxınlaşır" başlığı ilə tündləşdirilmiş tizeri paylaşıb. Lakin heç bir izahat verilməyib. Şəkildə hazırkı Prius hibridinin ruhunda işlənmiş kuzov dəsti və C formalı gündüz hərəkət işıqları olan böyük Toyota sedanı göstərilir. Amerikalı jurnalistlər söhbətin növbəti Camry sedanından getdiyini bildirilər, xatırladaq ki, XV70 modeli artıq 2017-ci ildən istehsaldadır.

Kamuflyajlı Toyota Camry prototiplərinin şəkilləri tizerlə ziddiyyət təşkil etmir. Toyota şirkətinin daxili sənədlərinin sızmasına inansaq, ABŞ bazarı üçün nəzərdə tutulmuş yeni biznes sedanın yığılmasına 2024-cü ilin aprelində başlanmalıdır. Toyota Tacoma pikapının ilk tizerinin dərcindən onun dünya təqdimatına qədər təqribən iki ay keçdiyini nəzərə alsaq, eyni strategiya Camry modeli üçün də istifadə oluna bilər.

Qeyri-rəsmi məlumatlara görə, doqquzuncu nəsil Camry sedanı TNGA-K platformasını sələfindən miras alacaq. V6 mühərriki də çeşiddən çıxarılacaq: flaqman sedanı 2,4-litrlik dördsilindrli turbomühərrik ilə təchiz ediləcək. Eyni mühərrikə əsaslanan hibrid güc qurğusu da nəzərdə tutulub. Müxtəlif bazarlar üçün nəzərdə tutulmuş versiyalar fərqli olacaqlar, lakin yeni sedanın debütü əlbəttə ki, ABŞ-da baş tutacaq, çünki Toyota hər il burada təxminən 300 min Camry satır.

Yeni Toyota Camry modelinin noyabrda keçiriləcək Los Anceles avtosalonunda da nümayiş etdirilə bilər. Lakin ictimai təqdimatın gecikmə ehtimalı daha yüksəkdir. Biznes sedanı gələn yay dilerlərə çatdırıla bilər, yəni “doqquzuncu” Camry sedanının tarixi 2025-ci model ilindən başlayacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.