Doqquzuncu nəsil Toyota Camry sedanı keçən həftə ABŞ-da debüt edib. Bir neçə gün keçdikdən sonra isə, onun Çin bazarı üçün nəzərdə tutulmuş versiyası da nümayiş etdirilib. Ənənəvi olaraq, Səma İmperiyasında özünəməxsus xüsusiyyətləri ilə seçilən, lokallaşdırılmış və yerli tələblərə uyğunlaşdırılmış Camry modeli satılır. Yeni model də bu qaydalardan istisna deyil.

Amerikada debüt etmiş sedan kimi, Çin versiyası da qarşımızda yeni nəslin deyil, daha çox dərin restaylinq keçmiş sedanın dayandığı təəssüratını yaradır. “Çinli” sedan amerikan versiyasından tərtibatı dəyişdirilmiş bamperləri və başqa işıqlandırma avadanlıqları ilə fərqlənir. İki tərtibat variantı mövcuddur: almaz formalı barmaqlıq hüceyrələri və 17-düymlük təkər diskləri olan baza modeli, habelə daha aqressiv kuzov dəsti, 19-düymlük təkər diskləri və ikirəngli kuzovu olan “idman” versiyası.

Yeniliyin interyeri də həm amerikan versiyasından, həm də əvvəlki Camry modelindən kifayət qədər fərqlidir. Başqa tərtibat materialları və dekor elementləri ilə yanaşı, Çin sedanı ön panelin tamamilə yenidən işlənmiş yuxarı hissəsi ilə seçilir. Media sisteminin şəşbər planşeti də yerindədir! 

Havalandırma sisteminin hava kanalları dəyişdirilmiş forması və yeri ilə seçilirlər. İqlimə nəzarət sisteminin idarəetmə bloku isə, fiziki düymələri və tutacaqları itirib – burada yeyin girişi təmin edən sensorlu panel var. Bundan sonra, Çində satılan bütün Camry modelləri standart olaraq Toyota Safety Sense 3.0 aktiv təhlükəsizlik kompleksi ilə təchiz ediləcəklər.

Əgər ABŞ-da yeni Camry yalnız hibrid kimi təklif edilirsə, Çin bazarında sırf benzin versiyası da olacaq. O, həm də çeşiddəki ən sadə versiyadır – belə sedan 177 at qüvvəli 2,0-litrlik atmosfer mühərriki və variator ilə təchiz edilir. Bundan başqa, Camry Çində iki hibrid versiyada təklif ediləcək. 

Hibrid güc aqreqatları 2,0 və 2,5 litrlik mühərriklərin əsasında yaradılıblar. Xatırladaq ki, əvvəllər burada yalnız 2,5-litrlik mühərrikə əsaslanan hib güc qurğusu təklif edilirdi. Hibrid sedanların xüsusiyyətləri hələlik açıqlanmayıb. İstehsalçı idarəetmə, gediş rahatlığı və səs izolyasiyasında yaxşılaşdırılmaların olduğunu iddia edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sələfi kimi, yeni Toyota Camry sedanı da GAC-Toyota birgə müəssisəsi tərəfindən istehsal olunacaq. Yeni sedanların müştərilərə çatdırılmasına 2024-cü ilin mart ayında başlamaq planlaşdırılır. Yeni Toyota Camry sedanı haqqında ətraflı məlumat satışların başlanmasına yaxın verilməlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.