“Carscoops” nəşrinin məlumatına görə, yeni Toyota Camry gələn ilin ikinci yarısında debüt etməlidir. Böyük ehtimalla, populyar yapon sedanını eksteryer və interyerdə baş verəcək inqilabi dəyişikliklər gözləyir. Buna baxmayaraq, onun mühərrik çeşidi yenilənmiş Highlander modelinə yaxın olmalıdır.

Əsas yenilik ondan ibarətdir ki, 3,5-litrlik V6 mühərriki Lexus NX modelindən alınacaq 2,4-litrlik dördsilindrli turbomühərrik əvəz edəcəkdir. Bundan başqa, yeni Camry “hava” üzərindən yenilənmələri dəstəkləyən yeni multimedia sistemi alacaqdır.

Təsdiq edilməmiş məlumatlara görə, yeni Toyota Camry sedanı gələn il debüt edəcəkdir. Yeni sedan zahirən Crown modelinə bənzəsə də, texniki cəhətdən yenilənmiş Highlander krossoverinə yaxın olacaqdır. Onun mühərrik çeşidinə Lexus NX modelindən götürülmüş 2,4-litrlik “turbodördlük”, həmçinin 2,5-litrlik atmosfer mühərrikinə əsaslanan hibrid güc qurğusu daxil olacaqdır. Sedanın plagin hibrid güc qurğusu ilə təchiz edilmiş versiyasının buraxılacağı ehtimal olunur. Belə güc qurğusu RAV4 PHEV krossoverinin mühərrik çeşidində mövcuddur.

İnteryer də inqilab gözlənilir. Bu o deməkdir ki, interyerin həm arxitekturası, həm də məzmunu dəyişəcəkdir. Məsələn, Camry böyüdülmüş displeyi, qabaqcıl simsiz rabitə protokollarını dəstəkləmə və havadan yenilənmə funksiyası olan ən son nəsil multimedia ilə təchiz ediləcəkdir. Sedanın Hilux kimi elektrik versiyasının olub-olmayacağı hələlik məlum deyil.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.