Toyota şirkəti Nyu Yorkda keçirilən avtosalonda Highlander ofrouderinin yeni nəslini təqdim edib. Yeni ofrouder TNGA-K modul platformasına və səkkizyerli salona sahib olub. Nəsil dəyişikliyi ilə birlikdə ofrouderin qabarit uzunluğu 60 millimetr artaraq 4950 millimetrə bərabər olub. Bu artımın əsasən salonun arxa hissəsinə təsir göstərib. İkinci cərgənin uzununa yerdəyişməsi 300 millimetr artıb: arxada üçyerli divan və ya iki fərdi oturacaq da quraşdırıla bilər. Üçüncü cərgə daha geniş olub və üç sərnişinlik yeri təmin edir. Bu cərgənin oturacaqları 60:40 nisbətində bölünür.
Baqaj bölümünün həcmi 456 litrə qədər artırılıb. Üçüncü oturacaq cərgəsinin qatlanması halında baqaj həcmi 1150 litrə, ikinci cərgənin qatlanması ilə 2076 litrə bərabər olur.
Artıq qeyd etdiyimiz kimi, yeni ofrouder yığcam çoxqollu arxa asqısı və aşağı ağırlıq mərkəzi olan TNGA-K platformasına keçib. Avtomobilin kuzovunun sərtliyi artıb, səsk-küy səviyyəsi azalıb, təkər disklərinin ölçüsü isə 19-dan 20 düymə qədər artırılıb. Nəticədə Highlander modelinin idarəetmə keyfiyyəti yüksəlməlidir.
Yeni Toyota Highlander 299 at qüvvəsi və 357 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 mühərriki ilə təchiz edilir. Güc aqreqatı səkkiz pilləli “avtomat” ilə tandemdə çalışır. Bundan başqa, Higlander modelinin mühərrik çeşidinə hibrid qurğu da daxil edilib. 2,5-litrlik mühərrik, iki elektromotordan və yığcam batareyadan ibarət olan qurğu 243 at qüvvəsi təklif edir. Standart olaraq hibrid krossover öndənçəkişlidir, lakin arxa oxda əlavə elektromotor olan tamçəkişli versiya da təklif ediləcəkdir.
Avtomobili yedəklə istifadə etmək istəyənlər Towing dəstini də sifariş edə bilərlər. Dəstin tərkibinə böyüdülmüş əsas radiator, əlavə yağ radiatoru və daha məhsuldar ventilyator daxildir. Yedəyə alınan qoşqunun maksimal çəkisi 2,3 tondur.
Highlander standart olaraq öndənçəkişlidir, lakin əlavə ödənişlə arxa oxu qoşan tam çəkiş sistemini də sifariş etmək olar. Ofrouderin bahalı variantları Dynamic Torque Vectoring AWD transmissiyası ilə təchiz ediləcəkdir. Bundan başqa, krossover Multi-Terrain Select elektron sistemi ilə də təchiz ediləcəkdir.
Toyota Highlander modelinin standart təchizatına üçzonalı klimat-kontrol, sürücü kreslosunun elektriklə tənzimlənməsi, səkkiz düymlük displeyi olan multimedia sistemi, LED fənərlər və Safety Sense 2.0 təhlükəsizlik sistemləri kompleksi daxildir. Platinum top versiyası 12,3-düymlük displeyə, 1200-vatlıq JBL səs sisteminə, dairəvi görünttü kameralarına, ikinci cərgənin qızdırılmasına və arxa kameranın görüntülərini əks etdirən salon güzgüsünə sahib olacaqdır.
Yeni Toyota Highlander modeli bu ilin sonunda satışa çıxarılacaqdır.