Toyota şikətinin susmasından istifadə edən casuslar yapon markasının mətbuat xidmətinin vəzifəsini icra etməyə başlayıblar. Bir müddət bundan öncə, onlar avtomobilin platforması, mühərrik çeşidi, ölçüləri barədə məlumatı əldə edərək ictimayyətlə bölüşüblər. Casusların müdaxilə edə bilmədiyi yeganə sahə ofrouderin interyeri idi ki, bu çatışmamazlıq da bu gün aradan qaldırılıb.

300.lc adlı Instagram hesabı yeni ofrouderin salonunun bir hissəsi əks olunan şəkilləri dərc edib. Dərc olunmuş şəkillərdə yeni multifunksiyalı sükan çarxı, multimedia sisteminin iri ölçülü planşet-ekranı (ekranın 12-düymlük diaqonala malik olacağı ehtimallar arasındadır) nümayiş olunur. Displeyin altında havalandırma sisteminin deflektorları, habelə klimat-kontrolun və oturacaqların üç səviyyəli qızıdırılmasının idarəetmə bloku yerləşir.

Image alt Image alt Image alt

Bir qədər aşağıda multimedia sisteminin düymələri və disk üçün giriş quraşdırılıb. Mərkəzi tuneldə isə smarfonların simsiz doldurulması meydançası, transmissiyanın dəstəyi və hərəkət rejimlərinin gümüşü şaybası yer alır. Arxa sərnişinlər üçün də fərdi ekranlar nəzərdə tutulub – onlar ön oturacaqların arxa hissəsinə bərkidilirlər.

Dərc edilmiş yeni şəkillərdə yeni Land Cruiser 300 modelinin cihazlar paneli görünməsə də, əvvəlki təsvirlərdə ofrouderin mərkəzində rəngli displeyi olan ənənəvi cihazlar panelini alacağı göstərilirdi.