Toyota markasının ən populyar ofrouderlərdən biri olan Land Cruiser modelinin yeni nəslinin təqdimatı sabah keçirilməlidir. Yapon istehsalçısı qeyri-rəsmi 300 indeksini almış ofrouderə olan marağı artırmaq üçün videotizerlər seriyasını dərc etmək qərarına gəlib.
Dərc edilmiş videoçarxlarda yeni oforuderin radiator barmaqlığı, ön və arxa işıq texnikası, habelə hazırlaşın şüarı göstərilir. Maraqlısı odur ki, artıq yeni Land Cruiser modeli barədə çox şey məlumdur – İnternet şəbəkəsində yeni ofrouderin şəkilləri və onun texniki hissəsi barədə məlumat istənilən qədərdir.
Bu məlumatları görməyən yeganə xidmət Toyota şirkətinin mətbuat xidmətidir. Sabah bu xidmətin bizə nələri açıqlayacağını böyük maraqla gözləyirik.