Növbəti nəsil Toyota Land Cruiser ofrouderinin təqdimatı ətrafında cərəyan edən ajiotaj yeni qüvvə ilə alovlanıb. Bu dəfə, BestCarWeb nəşri yeni ofrouderin debütünün komponent çatışmazlığı səbəbindən bir ay təxirə salındığını öyrənib.
İnsayderlərin bildirdiyinə görə, tədarükçülər bəzi detalların göndərilməsini gecikdirir və bu səbəbdən də Toyota sifarişlərin qəbul edilməsini aprel-may ayına, satışları - iyul ayına, çatdırılmaları isə yayın sonuna kimi təxirə salmaq məcburiyyətində qalıb.
Problemin yeni Land Cruiser üçün nəzərdə tutulmuş çiplərin və digər elektron komponentlərin tədarükündəki gecikmələr ilə əlaqəli olduğu bildirilir.
Üstəlik, gecikmə daha böyük miqyaslı ola bilər və bu halda ofrouderin Yaponiya bazarına çıxarılması bir deyil, üç ay təxirə salınacaqdır. Bununla belə, BestCarWeb nəşrinə görə, ofrouderin cari nəsli artıq konveyer xəttindən çıxarılıb, lakin dilerlərin anbarlardakı ehtiyatlar hələlik tükənməyib.
İllüstrasiya: Kolesa.ru