Alman alıcıların 1000 ədəd ofrouderə əvvəlcədən sifarişlərin rəsmiləşdirmələrinə cəmi yarım saat gərək olub. Onları, hətta Toyota tərəfindən qiymətlərin və təchizat səviyyələri ilə bağlı təfərrüatların açıqlanmaması belə çəkindirməyib. Oxşar vəziyyət İspaniyada da yaranıb: 85,950 avroluq təsiredici qiymətə baxmayaraq, First Edition top versiyasında olan 250 avtomobil üçün əvvəlcədən sifarişlər bir neçə saat ərzində toplanıb!

Söhbət, Toyota Land Cruiser Prado modelinin Avropadakı onlayn behlənməsindən gedir, çünki ofrouderin “canlı” satışları 2024-cü ilin üçüncü rübünə planlaşdırılıb. Ofrouderin ümumi tirajı açıqlanmayıb, lakin Kontinental Avropa üçün zəngin First Edition təchizatına malik olan 3000 avtomobil nəzərdə tutulub. Bununla belə, mühərriki seçmək mümükün olmayacaq: Avropada satılacaq Prado modellərinin kapotunun altında Yalnız 2,8-litrlik 1GD-FTV turbodizeli duracaq.

2025-ci ildə modelin Avropa çeşidi dizel-elektrik versiyası ilə genişləndirilməlidir, lakin 2,4-litrlik benzin turbomühərrikinə əsaslanan hibrid versiya hələlik Avropa İttifaqı üçün bəyan edilməyib. Şassi və transmissiya ilə bağlı hər şey artıq məlumdur: bütün bazarlarda ofrouder Torsen mərkəzi differensialı və azaldığı cərgəsi olan tam ötürmə sistemi ilə təklif ediləcək. Land Cruiser Prado modelinin klirensi isə, 220 millimetr olacaq.

Avropada, yəqin ki, Yaponiya istehsalı olan Toyota Land Cruiser Prado  satılacaq. Bizim bazarda yeni Land Cruiser Prado modelinin nə zaman debüt edəcəyi hələlik məlum deyil.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.