Bir müddət bundan öncə Sanko Auto nəşrinin yaxın zamanlarda yenilənmiş Toyota Land Cruiser Prado modelinin buraxılacağı barədə məlumat verdiyini bildirmişdik. Təkmilləşdirilmiş ofroderin Yaponiyadakı satışlarına iyul ayında başlanacaqdır.
Bu gün yeni avtomobilin bəzi hissələrinin təsvir edildiyi fotoşəkillər internetdə peyda olmuşdular. Təsvirlərdən də göründüyü kimi, populyar ofroder kuzov formasını qoruyub-saxlasa da tamamilə yeni ön hissəyə malik olacaqdır. Ön hissədə yeni işıq texnikasını, radiator barmaqlığını və ön bamperi görmək olar. Avtomobilin arxa hissəsində genişmiqyaslı dəyişik yoxdur - yalnız arxa işıq texnikası tamamilə yenilənmişdir. Təsvirdə ofroderin yeni cihazlar panelinin və mərkəzi konsolunun da görüntüləri də mövcuddur.
Cari nəsil Prado modeli 2009-cu ildə işıq üzü görmaşdür. Dörd ildən sonra ofroder yenilənməyə məruz qalmışdır. Yapon jurnalistlərinin əldə etdiyi məlumata əsasən, ikinci sayılan bu ilki yenilənmə avtomobilin zahiri görkəminə və təhlükəsizlik sistemlərinə aid olacaqdır. Prado modelinin standart təchizatına Toyota Safety Sense P kompleksi daxil edləcəkdir. Hal-hazırda bu kompleks yapon istehsalçısının bir neçə modelində quraşdırılır.
Kompleksin tərkibinə avtomatik əylənmə, piyadaların aşkar edilməsi, zolaqda saxlama, avtomatik uzaq işıqları və adaptiv kruiz-kontrol daxildir. Çox güman ki, digər yeniliklər də olacaqdır. Təəssüf olsun ki, avtomobilin zahiri görkəmində ediləcək dəyişikliklər barədə məlumat yoxdur.
Böyük ehtimalla bu dəyişikliklər cüzi xarakter daşıyacaqdır. Yenilənmiş avtomobilin işıqdiodlarından hazırlanmış işıq texnikasına sahib olacağı da istisna edilmir.