“The Drive” portalı iddiasına görə, ABŞ-da satılacaq yeni Land Cruiser Prado 1960 və 1970-ci illərin klassik ofrouderlərinin ruhunda olan görünüşü ilə seçiləcəkdir. Yeni ofrouderin “qlobal” versiyasının daha klassik eksteryeri ilə fərqlənəcəyi gözlənilir. Toyota şirkətinin ABŞ-dakı xüsusi strategiyası bazarda fərqli yeri tutmaq istəyindən irəli gəlir: okeanın o tayında Land Cruiser Prado dəbdəbəyə iddiası olmayan hardkor ofrouder kimi mövqeləndiriləcəkdir.
İlkin məlumatlara görə, yeni Land Cruiser Prado texnologiya baxımından üçüncü nəsil Lexus GX modelinə yaxın olacaqdır. Yeniliyin 2,4-litrlik turbomühərrikə əsaslanan benzin-elektrik güc aqreqatını alacağı bildirilib. Şassi arxitekturası və kuzovun güc strukturu baxımından da hər iki ofrouder yaxın olmalıdırlar.
ABŞ-da Toyota şirkəti utilitar 4Runner ofrouderini təklif edir, buna görə də yeni Land Cruiser Prado modelinin xüsusi yeri olacaqdır. Tarixi adı olan ofrouder, TRD Pro xəttindən pıan pikaplar ilə eyni zavod aksessuarlarını almalıdır. Şayiələrə görə, yapon konserni ajiotajlı tələbin olacağını nəzərə almır: satışların drayveri rolu 4Runner modelində qalacaq (ildə təxminən 100 min ədəd satılır), Land Cruiser Prado xüsusi movqeyə malik model olacaqdır.
Toyota Land Cruiser ofrouderinin ABŞ bazarına qaytarılması bu yay baş tuta bilər. Şübhə yoxdur ki, "qlobal" ofrouder də tezliklə nəsilləri dəyişdirəcəkdir. Retro görünüşlü ofrouder ABŞ üçün eksklüziv olmayacaqdır: oxşar versiya Avstraliyaya da çatdırıla bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.