Bu günlərdə, casuslar Cənubi Koreyada sınaqdan keçirilən yeni nəsil Hyundai Tucson modelinin sınaq prototipinin interyerini çəkməyə müvəffəq olublar. Şəkillərdə avtomobilin salonu, həmçinin krossoverin təchiz edildiyi qeyri-adi tərtibata malik olan analoq cihazlar paneli əks olunub.
Yarıdairəvi formaya malik olan cihazlat paneli üç zonaya bölünüb: bortkompüterin displeyinin hər iki tərəfində analoq cihazlar yerləşdirilib. Çox güman ki, casusların obyektivlərinə rast gəlmiş avtomobil standart təchizata malikdir və daha bahalı təchizat səviyyəsinə malik olacaq krossover rəqəmsal cihazlar paneli ilə təchiz ediləcəkdir. Yeni nəsil Tucson krossoverinin bir müddət bundan öncə debüt etmiş yeddinci nəsil Elantra modelindəkinə bənzəyən virtual cihazlar paneli ilə təchiz olunacağını ehtimalı yüksəkdir.
Eyni zamanda, Tucson modelinin növbəti nəsli yeni Sonata və Elantra modellərindən tanış olan sükan çarxı ilə də seçilir. Bundan başqa, krossover avtomatik transmissiyanının ənənəvi dəstəyindən məhrum olub - transmissiyanın rejimlərinin seçilməsinə düyməli selektor cavabdeh olacaqlar. Digər bir yenilik, multimedia sisteminin çıxan deyil, inteqrasiya edilmiş displeyə malik olmasıdır.
Xarici dizayna gəldikdə isə, krossover 2019-cu ildə debüt etmiş Vision T konsept avtomobilinin üslubunda eksteryerə malik olacaqdır.
Yeni nəsil Hyundai Tucson modeli hibrid modifikasiyaya da sahib olacaqdır - casuslara yaxalanan məhz belə modifikasiyadır. Hazırda krossover yalnız "yumşaq" hibrid prinsipi ilə işləyən güc qurğusu ilə təklif edilir. Bundan başqa, krossoveri 2,5-litrlik Theta3 mühərriki və 8-pilləli avtomatik qutusu ilə də təklif edəcəkdirlər.
İlkin məlumatlara görə, yeni Hyundai Tucson gələn ay debüt etməlidir.
Mənbə: KoreanCarBlog