Volkswagen şirkəti səkkizinci nəsil Golf GTD hetçbekinin yeni tizerini dərc edib. Alman istehsalçısı “qaynar” hetçbekin kapotunun altında dünyanın ən təmiz dizel mühərriklərindən birinin quraşdırıldığını iddia edir. 2,0- litrlik iş həcminə malik olan "boğulmuş" dizel mühərriki işlənmiş qazların təkrar dövranın ikiqat konturuna və karbamidin ardıcıl çilənməsi sisteminə (iki forsunka) malikdir.
Buna baxmayaraq, yeni mühərrik 184 at qüvvəsi hasil edən sələfindən daha güclü olacaqdır. Bir müddət bundan öncə dərc edilmiş cədvələ görə, yeni aqreqatın hasilatı 200 at qüvvəsi olacaqdır. Yeni Golf GTD hetçbekinin təqdimatı mart ayının əvvəlində işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.