Hannoverdə keçirilən kommersiya nəqliyyatı sərgisində alman avtomobil nəhəngi T7 furqonunun əvvəllər görünməmiş versiyasını təqdim edib. Xatırladaq ki, MQB platformasına keçidikdən sonrakı 3 il ərzində yeni Volkswagen Multivan modeli yalnız ön ötürmə ilə təklif edilib.
Qeyd etmək lazımdır ki, eHybrid 4Motion güc aqreqatı may ayında California kamperində debüt edib, lakin belə versiya hələ də satışa çıxarılmayıb. Güc qurğusunun xüsusiyyətləri də tam şəkildə açıqlanmayıb: tamötürməli təkrar doldurulan hibridin güc qurğusu 245 at qüvvəsi hasil etdirir və 1,5 TSI Evo2 turbomühərrik, elektrik mühərriki və 19,7 kilovat/saatlıq batareyadan ibarətdir.
Sistemin təsvirdən belə nəticəyə gəlmək olar ki, 4Motion transmissiyası ənənəvi sxemə - arxa oxun mexaniki qoşulmasına malikdir. Bununla belə, nə yanacaq sərfiyyatı, nə daxili yanma mühərrikini işə salmadan qət edilən məsafə, nə də elektrik mühərrikinin parametrləri açıqlanmayıb.
Volkswagen ilk dəfə eHybrid hibrid sistemini 4Motion tam ötürməsi ilə birləşdirir, odur ki, Multivan T7 eHybrid 4Motion bütün MQB arxitekturası üçün bir ilkdir.
Tamötürməli hibridin Volkswagen Multivan T7 ailəsindəki ən bahalı versiya olacağını gözləmək olar. Hazırda dizel mühərrikli baza versiyası üçün ən azı 53 min avro tələb olunur.
Ən zəngin təchizatlı miniveni seçdikdə isə, opsiyalardan asılı olaraq, qiymət asanlıqla 70 min avro həddiniı aşa bilər. Bu arada, California kemperinin qiyməti də 63 min avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.