Görünən odur ki, Volkswagen konserninin menecerləri yeni modellərin kamuflyaj örtüyündə debütü formatını çox bəyəniblər: Volkswagen Tiguan və Skoda Kodiaq krossoverlərindən sonra növbəti nəsil Volkswagen Passat modeli də analoji şəkildə təqdim olunub. Yarım əsrlik yubileyni qeyd edən (ilk Passat 1973-cü ildə debüt edib) bu modelin doqquzuncu nəsli debüt edir. Hansı ki, ümumiyyətlə olmaya da bilərdi, lakin Skoda şirkətinin sayəsində yeni Passat işıq üzü görəcəkdir.
Avropada premium olmayan D/E sinif avtomobillərinin ənənəvi seqmenti uzun illərdir ki, ardıcıl olaraq kiçilir. Ford, Opel, Citroen və Renault artıq bu seqmenti tərk ediblər, Volkswagen isə bir il yarım bundan əvvəl Passat sedanını yerli çeşiddən çıxarıb və sonradan onu Volkswagen ID.7 elektrik liftbəkilə əvəz edib. Beləliklə, Avropa yalnız universal kuzovlu Passat qalıb. Artıq bu kuzov tipi doqquzuncu nəsil Passat üçün yeganə kuzov olacaqdır: yeni Passat yalnız beşqapılı universal formasında hazırlanıb.
Üstəlik, bu, artıq müstəqil model deyil. Passat B9 yeni nəsil Skoda Superb modelinin (yəqin ki, bu model də kamuflyajda da təqdim olunacaqdır) ən yaxın qohumudur. İndi onları təkcə platforma və güc qurğuları dəsti deyil, həm də unifikasiya edilmiş (dizayn üçün uyğunlaşdırılmış) kuzov və hətta istehsal yeri birləşdirəcəkdir: yeni nəsil Passat və Superb modelləri Bratislavadakı Volkswagen zavodunda buraxılacaqlar. Taleyin şıltaqlığına baxın: ilk Passat Audi 80 modelininin sadələşdirilmiş versiyası idi isə, yeni model B9 universalı Skoda modelinin variantlarından birinə çevrilir.
Amma bu həqiqətən böyük bir avtomobildir. Yeni Passat universalının uzunluğu 4917 millimetrdir. Yəni o, əvvəlki B8 modelindən 144, indiki Superb modelindən 55 millimetr uzundur! Nəsil dəyişikliyi ilə, onun eni 20 millimetr (1852 millimetr), hündürlüyü isə 7 millimetr (1482 millimetr) artıb. Təkər bazası da 50 millimetr artaraq 2841 millimetrə çatıb. Bu, Superb modelində olduğundan 5 millimetr çoxdur.
Passat universalı əvvəllər də baqaj həcmi ilə öyünə bilərdi, indi isə, o daha bir sıçrayış edib: pərdənin altındakı həcm 650-dən 690 litrə, arxa cərgə qatlandırsa isə, 1780-dən 1920 litrə qədər artıb! Ümumiyyətlə, burada üçüncü oturacaq çərgəsini də yerləşdirmək olar, lakin belə opsiya nəzərdə tutulmur. Cərgələr arasındakı məsafə də 50 millimetr artıb.
Yeni interyer demək olar ki, gələcək Tiguan kimi tərtib edilib. Sürücünün qarşısında günəşlikdən məhrum edilmiş 10,25 düymlük cihazlar paneli var (dörd qrafik təsvir variantı təklif olunur). Media sistemi diaqonalı 12,9 və ya 15 düym (konfiqurasiyadan asılı olaraq) olan sensorlu ekrana malik ola bilər. Onun altında isə, klimat-kontrolun sensorlu idarəetmə zolaqları var. Əlavə ödəniş müqabilində, tam ölçülü proyeksiya displeyini sifariş etmək olar.
Artıq mərkəzi tuneldə DSG transmissiyasının selektoru yoxdur, onun funksiyaları sağ sükan dəstəyinə həvalı edilib. Bununla belə, mexaniki transmissiya çeşiddə qalacaqdır. Sükan çarxındakı düymələr analoqdurlar. Üstəlik, tərtibat üçün yüksək keyfiyyətli yumşaq plastik vəd edilib. Opsiyalar arasında 500 metrə qədər “vuran” matrisa fənərləri də olacaq. MQB Evo platformasının əsas yeniləməsi opsional DCC Pro adaptiv asqısıdır. Yeni amortizatorlarda iki idarələnən klapan var (sıxılma və geriqaytarma üçün ayrıca), ona görə də komfort və idman rejimləri arasındakı fərq daha aydın olmalıdır. Asqı üçün 15 rejim nəzərdə tutulub.
1,5 TSI və 2,0 TSI benzin turbomühərrikləri, həmçinin 2,0 TDI turbodizeli, yeni Passat modelinin mühərrik çeşidindəki yerlərini qoruyub saxlayacaqlar. Ön və tam ötürməli versiyalar da bəyan edilib. Lakin əsas diqqət plagin hibridə yönəlib: o, elektrik rejimində pasport üzrə yürüş məsafəsi 120 kilometrə çatan, tutumu artırırlmış dartma batareyasına (13 əvəzinə 20 kilovat/saat) və daimi cərəyanlı şarj cihazına malik olacaqdır. Cari Passat GTE modeli yeganə 218 at qüvvəli versiyada təklif olunursa, yeni model iki versiyaya sahib olacaqdır - 204 və 272 at qüvvəli.
Yeni Passat universalının rəsmi təqdimatı sentyabr ayında baş tutacaqdır. Lakin onun istehsalına 2024-cü ilin əvvəlində başlamaq planlaşdırılır. Oxşar "qrafikə" yeni Superb modeli də sahib olacaqdır. Üstəlik, Skoda brendi altında buraxılacaq model iki kuzov növündə buraxılacaqdır: liftbək və universal.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.