Volvo şirkətinin model xəttində artıq on ildir ki, “30” indeksli modellər yoxdur: üçqapılı Volvo C30 hetçbeki (2006-2013) birbaşa varisi olmadan çeşidi tərk edib. Amma indi İsveç şirkəti yenidən kompakt seqmentə qayıdır. Düzdür, yığcam modelin konsepsiyası tamamilə fərqlidir: Volvo EX30 beşqapılı krossoverdir və hətta alternativsiz elektrik ötürməsi ilə hərəkətə gəlir.

Onun daxili yanma mühərrikli versiyaları olmayacaq, çünki Volvo tədricən karbohidrogenli avtomobillərdən imtina edir və 2030-cu ilə qədər tamamilə elektromobillərin istehsalına keçməyi vəd edir.

Volvo EX30

Volvo EX30 Geely şirkətinin SEA (Sustainable Experiencee Architecture) modul platformasında inşa olunub. Onun ən yaxın texniki qohumları smart #1 və Zeekr X modelləridir, lakin onların təkər bazası 2750 millimetrə çatırsa, EX30 modelinin oxları arasında məsafə 2650 millimetr təşkil edir.

Unifikasiya edilmiş şassi - öndə McPherson dayaqları və arxada çoxqollu asqıya malikdir. Üstəlik, yalnız bir asqı variantı var - yaylar və passiv amortizatorlarla.

Volvo EX30

Bununla belə, Volvo EX30 krossoverinin kuzovu özünəməxsusdur və firma üslubunda, tanınan dizayna malikdir. Ölçüsünə görə o, Mini Countryman və ya Audi Q2 krossoverlərinin sinif yoldaşıdır: İsveç modelinin uzunluğu 4233, eni - 1837, hündürlüyü isə 1555 millimetrdir.

Kuzovun aerodinamik müqavimət əmsalı 0,28 bərabərdir. Bəyan edilən klirens boş vəziyyətdə 177, sürücülə isə 165 millimetrdir. Baqajın həcmi - pərdə altında 318 litr (ehtiyat təkərlə 234 litr), arxa oturacaqların qatlanması halında isə 904 litrdir. Kapotun altında şarj kabeli üçün yeddi litrlik bölmə nəzərdə tutulub.

Volvo EX30

İnteryer tərtibatında, Volvo dizaynerləri açıq şəkildə Tesla şirkətini təqlid edərək minimalizmin yeni səviyyəsinə çatıblar. EX30 krossoverinin ön paneldə yalnız bir ekran var: onun diaqonalı 12,3 düymdür. Bu displey bütün lazımi məlumatları, o cümlədən cihazlar panelinin məlumatlarını əks etdirir (yuxarı sektor onlar üçün ayrılıb).

Ayrıca cihazlar paneli və ya proyeksiya ekranı nəzərdə tutulmayıb. Multimedia Android əməliyyat sisteminə, quraşdırılmış Google xidmətləri və havadan yeniləmə funksiyasına malikdir, lakin Çin və Cənubi Koreyada satılacaq avtomobillər fərqli proqram təminatına sahib olacaqlar.

Volvo EX30

Minimalizm digər həllərdə də davam etdirilib. Məsələn, qapı panelləri “artıq” elementlərdən tamamilə azad edilib: onlar yalnız qıfılları açmaq üçün tutacaqlara malikdirlər, dirsəkaltılar isə, qapın bağlamaq üçün tutacaqlar kimi xidmət edirlər. Audio sisteminin dinamikləri ön panelə köçürülüb: ön şüşənin altında beş müxtəlif dinamik quraşdırılıb.

Elektrikli şüşələri və mərkəzi kilid üçün düymələr mərkəzi dirsəkaltıya köçürülüblər. Şüşələri idarə edilməsinə yalnız iki düymə cavabdehdir və ön və arxa qapılar arasında keçid Volkswagen ID modellərində olduğu kimi ayrıca düymə ilə təmin olunur. 

Volvo EX30

Həmçinin mərkəzi dirsəkaltıya iki stəkan tutucusu olan irəli çıxan bölmə də quraşdırılıb. Sağ sükanaltı dəstək transmissiyanı idarə etməkdən məsuldur. Qabaqcıl daxili işıqlandırma beş müxtəlif iş rejiminə malikdir.

EX30 modelinin istehsalında təkrar emal edilmiş materiallardan geniş istifadə olunur - özü də təkcə salonda deyil. Məsələn, alüminium 25 faizi, polad və plastikin 17 faizi təkrar emaldan götürülür.

Volvo EX30

Daxili tərtibatda  təkrar emal edilmiş plastik butulkalar və süni materiallar istifadə olunur, hətta parça oturacaqların üzlüyündə belə, yun cəmi 30% təşkil edir, dəri isə ümumiyyətlə təklif edilmir. İnteryer üçün dörd tərtibat variantı nəzərdə tutulub. Volvo EX30 şüşə tavana, tam sürücü köməkçiləri dəstinə, parkinq köməkçisinə və adaptiv kruiz kontroluna malikdir.

Seçmək üçün üç modifikasiya var və onların hamısı olduqca güclü və sürətlidir. Baza krossoveri arxa oxda bir elektrik mühərriki (272 at qüvvəsi, 343 Nm) və effektiv tutumu 49 kilovat/saat olan litium-dəmir-fosfat dartma batareyası ilə təklif edilir. 

Volvo EX30

Hətta belə bir krossover 1830 kiloqram ağırlığa malikdir. Pasport üzrə dolu batareya ilə baza modeli WLTP dövrünə əsasən 344 kilometr qət edə bilər. 100 km/saat sürətlənmə isə, 5,7 saniyə çəkir. Avtomobillər bir fazalı dəyişkən cərəyanlı (11 kilovat) və ya 134 kilovat gücündə daimi cərəyanlı “sürətli” şarj cihazı var.

Extended Range versiyası eyni elektrik mühərrikinə malikdir, lakin dartma batareyası artıq 64 kilovat/saat effektiv tutumu olan litium-ion (NMC) batareyasıdır. Pasport üzrə yürüş məsafəsi 480 kilometrdir və əlavə olaraq, dinamika yaxşılaşdırılıb: 100 km/saata sürətlənmə 5,3 saniyə çəkir. Dəyişkən cərəyanlı şarj cihazı (22 kilovat) üç fazalıdır, daimi cərəyanlı cihazın gücü isə 153 kilovata yüksəldilib.

Volvo EX30 Cross Country

Modifikasiya çeşidinin zirvəsində iki mühərriklə təmin edilən tam ötürməsi (428 at qüvvəsi, 543 Nm) və eyni litium-ion batareyası olan Volvo EX30 Twin Motor Performance versiyası durur.

Çəkisi 1963 kiloqram olan krossover  ilk “yüzlüyə” 3,6 saniyəyə sürətlənir: bu, Volvo brendinin tarixdəki ən dinamik seriya avtomobilidir! Hər üç versiyanın maksimal sürəti 180 km/saat həddində məhdudlaşdırılıb. Top versiyanın dolu batareya ilə yürüş məsafəsi 460 kilometrdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volvo EX30 yalnız Çində istehsal olunacaq və oradan başqa bazarlara göndəriləcəkdir. Məsələn, yeniliyin Avropadakı satışlar bu ilin sonunda başlanmalıdır və burada krossover 36 min avrodan başlayan qiymətlər ilə satılacaqdır. ABŞ-a çatdırılmalar gələn il planlaşdırılır, burada krossoverin baza versiya üçün 35 min dollar istəyəcəklər.

2024-cü ildə isə, kuzovun plastikdən müdafiə dəsti, böyük təkər diskləri (18 və ya 19 düymlük) və artırılmış klirensi olan Volvo EX30 Cross Country modifikasiyası peyda olmalıdır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.