İspaniyanın 77km.com saytı səkkizinci nəsil Volkswagen Golf hetçbekinin sınaqlarını apararaq, əldə etdiyi nəticələri dərc edib. Alman avtomobili 69 km/saat həddindən yuxarı sürətdə yerdəyişmənin öhdəsindən gələ bilməyib.

Avtomobillər üçün ən çətin sınaqlardan biri olan “sığır testi”, onların yüksək sürətdəki idarəolunma xüsusiyyətlərini yoxlamaq üçündür. Avtomobil yüksək sürətlərdə kəskin manevrlər edir və bu manevrləri konuslara toxunmadan həyata keçirməlidir.

Yeni Volkswagen Golf heçtbeki 69 km/saat həddindən yüksək sürətlərdə izafi döndərmə nümayiş etdirib, onun arxa tərəfi sağa-sola sürüşüb və avtomobil konuslara çırpılıb. Hetçbekin nümayiş etdirdiyi ən yaxşı nəticə 43 km/saat olub. Eyni zamanda, arxa təkərlərin yüngül sürüşməsinə baxmayaraq, “slalom” testini mükəmməl şəkildə həyata keçirib - elektron stabilləşdirmə sistemi vaxtında prosesə daxil edərək, avtomobilin sabitləşdirilməsinə yardım göstərib.

77km.com müxbirləri sınağın uğursuzluqla başa çatdığını bildirərək, Golf hetçbekinin ən yüksək sürətinin “belə bir avtomobil üçün çox aşağı olduğunu” qeyd ediblər. Buna baxmayaraq, Golf, aprel ayında “sığır testində” iştirak etmiş 2019-cu ilin Mercedes-Benz CLA modelindən daha yaxşı nəticə əldə edib - xatırladaq ki, CLA modeli konusları 66 km/saat sürətində vuraraq yıxmışdı.

Yeddinci nəsil Volkswagen Golf modeli 2017-ci ildə “yerdəyişməni” daha yaxşı həyata keçirmişdi:, hetçbek 76 km/saat həddində kifayət qədər yaxşı manevr qabiliyyətini nümayiş etdirmişdi.

Ayrıca, yeni Golf modeli 73 km/saat qədər sürətlənərək trassanı səhvsiz qət etmiş Passat modelindən də geridə qalıb. Daha yüksək sürətlərdə Passat zolaqdan çıxmağa başlamışdı.