Amerikanın Klemenson universitetinin tələbələri Toyota şirkəti ilə birlikdə hazırladıqları uBox adlı konseptual miniveni təqdim etmişdirlər. Prototip «Z nəsli» (Generation Z) adlandırılan, 1990-cı ilin əvvəli ilə XXI əsrin birinci onilliyi arasında anadan olmuş insanlara ünvanlanmışdır. «Yaxşı məlumdur ki, «Z» nəslinin nümayəndələri şəxsi avtomobilin əldə edilməsində çox da maraqlı deyildirlər. Deep Orange 6 (konseptin digər adı) layihəsini həyata keçirməklə, biz, bu nəslin nümayəndələri olan tələbələrin öz həmyaşıdlarının istək və arzularını öyrənərək, onların həyat tərzinə ideal şəkildə uyğun olan avtomobili yaratmaq qərarına gəldik» - söyləyən Toyota şirkətinin amerikan ofisinin bpöyük vitse-prezidenti Ceff Makareviç layihə haqqında fikirini bildirmişdir.
Orange Deep 6 prototipinin layihəsi üzərində, tərkibinə Klemenson universitetinin 18 tələbəsi və ArtCenter kollecinin iki dizayneri daxil olan yaradıcı kollektiv işləmişdir. Avtomobil bazarın araşdırılmasından əldə edilən məlumatlar əsasında işlənib-hazırlanmışdır. uBox kompaktveni salonun transformasiyasının geniş imkanlarına malikdir. Bu səbəbdən də ondan həm sərnişin, həm də yüklərin, o cümlədən uzun ölçülü əşyaların daşınmsında istifadə etmək olar. Misal üçün, baqaj bölümündə olan məkanı genişləndirmək üçün eyni relslərdə quraşdırılmış birinci və ikinci cərgənin oturacaqlarını irəli sürüşdürmək olar.
Avtomobilin interyerinin tərtibat elementlərinin bir çoxu 3D çap texnologiyasından istifadə etməklə yaradılmışdırlar. Misal üçün, bu yolla havalandırma sisteminin deflektorları, mərkəzi konsol və qapıların örtüklər hazırlanmışdırlar. Bu texnologiya sayəsində uBox avtomobili geniş fərdiləşmə imkanlarına malikdir.
Prototip yalnız elektrik mühərriki ilə hərəkətə gəlir. Lakin, nə elektromotorun gücü, nə də avtomobilin qət etmək iqtidarında olduğu məsafənin uzunluğu açıqlanmamışdır.
Bununla belə, elektrik mühərrikindən həm hərəkət, həm də xarici cihazların qidalandırılması üçün istifadə edilə bilər. Sonuncu əməliyyat, avtomobildə quraşdırılmış 110 voltluq rozetkaların hesabına həyata keçirilir.
Bu layihə Klemenson universiteti üçün avtomobil istehsalçısı ilə birgə hazırladığı ilk layihə deyildir. 2013-cü ildə universitetin tələbələri Mazda şirkəti ilə birlikdə altı yerlik hetçbekin, 2014-cü ildə isə BMW X3 krossoverinin bazasında hazırlanmış pikapın yaradılmasında istirak etmişdilər.