Ford şirkəti Mustang Shelby GT350 modellərinin buraxılışını 2020-ci ildə dayandırıb və o vaxtdan bəri onların geri qaytarılacağı barədə elan belə verməyib. Göründüyü kimi, yeni nəsil Mustang modelinin çeşidində bu vəzifə Dark Horse variantına həvalə olunub və bundan sonra Ford öz avtomobilləri üçün mərhum Kerroll Şelbinin adından istifadə etməyəcək.

Buna görə də, Shelby American şirkəti GT350 versiyasının  hazırlanmasını öz üzərinə götürüb! İstehsalçı özünün yeni superkarlarını - Shelby GT350 və Shelby GT350R modellərini təqdim edib. Bu daha autentikdir. Xatırladaq ki,  ilk Shelby Mustang GT350 düz 60 il əvvəl, 1965-ci ilin yanvarında debüt edib.

Yeni Shelby GT350 zahiri cəhətdən Mustang modelinin baza versiyasından yeni alüminium kapotu (daha böyük hava girişi ilə), orijinal radiator barmaqlığı və bamperdəki inkişaf etdirilmiş splitteri ilə fərqlənir. Arxada kiçik bir spoyler peyda olub, lakin əlavə ödəniş müqabilində onu tamölçülü antiqanadla əvəz etmək mümkündür.

Opsiyalar siyahısında karbonplastikdən kuzov dəsti və tündləşdirilmiş şüşələr də var (müxtəlif ştatlar üçün müxtəlif dərəcəli tündləşdirilmə nəzərdə tutulub). Kuzovun hər yerində ilan nişanları və Shelby emblemləri var.

Məlum məsələdir ki, avtomobilin üzərində mavi Ford ovalını axtarmaq lazım deyil - o, artıq persona non qrata elan edilib. Təkər diskləri 20 düymlükdür və Shelby üçün xüsusi olaraq hazırlanmış şinlərlə təchiz edilirlər.

Salonda firma loqotipləri tikilmiş dəri oturacaqlar var. Oxşar tikmə-naxış orijinal ayaqaltılarda da mövcuddur, kandarlar isə, xüsusi lövhələrlə bəzədiliblər. Ön paneldə seriya nömrəsi olan xatirə lövhəsi quraşdırılıb. Mexaniki ötürmələr qutusunun dəstəyi topşəkilli firma başlığına malikdir.

Əsas xüsusiyyətlər kapotunq altında gizlidir. Əvvəlki Mustang Shelby GT350 modeli yastı dirsəkli qolu olan 5,2-litrlik Voodoo V8 mühərriki ilə hərəkətə gəlirdi, lakin bu aqreqat artıq Mustang modelləri üçün əlçatan deyil. 

Ona görə də, Shelby standart 5,0-litrlik V8 Coyote (487 at qüvvəsi) götürüb. Əlavə ödəniş qarşılığında onu ötürməli kompressorla təchiz etmək olar. Nəticədə, aqreqatlarr dəsti əvvəllər təqdim olunan Shelby Super Snake modeli ilə eyni olduğu ortaya çıxıb.

Whipple kompressorui, Borla buraxılış sistemi və daha səmərəli soyutma sistemini almış mühərrikin gücü 821 at qüvvəsinə qədər artır. Dəstə gücləndirilmiş yarımoxlar da daxildir. Transmissiya - altı pilləli mexaniki və ya on pilləli avtomatik ötürmələr qutusudur. Asqıda başqa amortizatorlar, yaylar və stabilizatorlar peyda olublar.

Eyni zamanda, GT350R trek versiyası elan edilib, onun hazırlanmasında Turn Key Automotive firmasının mütəxəssisləri iştirak edirlər. Bu avtomobillər standart olaraq gücü 842 at qüvvəsinə qədər artırılmış kompressorlu V8 mühərriki və yalnız altı pilləli mexaniki transmissiya ilə təklif edilirlər.

Image alt Image alt

Asqıda JRI firmasının yarış komponentlərindən istifadə olunur, əyləc sistemi isə, Alcon Racing tərəfinfən təmin olunur. Döymə təkər diskləri Gold Rush rənginə boyanırlar. Karbonplastikdən kuzov dəsti standart təchizata daxildir. 

Yalnız ağ rəngli kuzov təklif olunur, lakin firma zolaqlarının rəngini seçmək olar. Salonda təhlükəsizlik qəfəsi, dördnöqtəli kəmərləri olan Sparco kresloları və AiM Solo 2 yarış taymeri var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Shelby GT350 və GT350R modelləri, müvafiq olaraq, 526 və 36 nüsxəlik tirajla istehsal ediləcəklər, çünki 1965-ci debüt ilinndə məhz bu qədər orijinal GT350 modeli istehsal edilmişdi. 

Hələlik yalnız kompressorlu GT350 kupesinin qiyməti açıqlanıb: 110 000 dollar. Shelby GT350 superkarları yalnız Ford markasının ABŞ-dakı xüsusi səlahiyyətli dilerləri tərəfindən satılacaqlar. Daha sonra, xarici bazarlar üçün,  əlavə kiçik saylı tirajın buraxılacağı da vəd edilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.