Saytımızı izləyənlər, bir müddət bundan öncə, Çin bazarında satılan Hyundai Santa Fe krossoverinin yenilənmiş versiyası barədə dərc etdiyimiz xəbərdə, modelin yenilənmiş interyer arxitekturası ilə tanış olmuşdular. Bu dəfə isə, sizləri "qlobal" krossoverin yenilənmiş interyeri ilə tanış etmək istərdik.
Yenilənmiş "qlobal" Hyundai Santa Fe modelinin interyerinin ilk fotoşəkillərini həmişə olduğu kimi TheKoreanCarBlog saytı dərc edib. Qeyd etmək istərdik ki, Azərbaycanda satılacaq yenilənmiş Santa Fe modeli məhz belə interyerə sahib olacaqdır. Planlaşdırılan yenilənmədən sonra, orta ölçülü krossover transmissiyanın ənənəvi selektorundan, klimat-kontrol isə şaybalarınadan məhrum olacaq, multimedia sistemi isə yeni interfeysi əldə edəcəkdir.
Yenilənmiş Hyundai Santa Fe
Təəssüf ki, Santa Fe modelinin azərbaycanlı alıcıları yeni S-Class üslubunda olan rəqəmsal "kokpiti" əldə edə bilməyəcəklər - radikal şəkildə dəyişdirilmiş interyerdən həzz almaq şansı yalnız çinlilərə verilib. Qeyd etmək gərəkdir ki, Çində satılan Creta da "Səma İmperiyasında" minimum fiziki düymələri olan salonla təklif edilir.
"Qlobal" Santa Fe modelinin planlaşdırılan yenilənməsi ön panelin, qapı kartlarının və sükan çarxının arxitekturasını dəyişdirməyəcəkdir - əsas dəyişiklik bir qədər yüksəlmiş mərkəzi tuneldə olacaqdır. Geniş ekranlı sensorlu displeyin ölçüsü artacaq, displeyin özü isə, bir qədər aşağıda yerləşdiriləcəkdir.
Hyundai Santa Fe
Yenilənmiş Santa Fe modeli Palisade flaqman krossoverindən hərəkət rejimləri selektorunu və multimedia sisteminin idarəetmə şaybasını "miras olaraq alacaqdır".
Yenilənmiş krossoverin Maraqlı cəhətlərindən biri də havalandırma sisteminin "taçpadıdır" - yenilənmiş Santa Fe modelində iqlim-nəzarət sisteminin şaybaları təqaüdə göndərilib. Bununla birlikdə, interyerdə kifayət qədər fiziki dümlərə vardır.
Hyundai Palisade
Hazırkı Hyundai Santa Fe modeli 2018-ci ildə debüt edib. Yenilənmiş krossoverin təqdimatı 2020-ci ilin sonunda və yaxud 2021-ci ilin əvvəlində keçirilə bilər. Eksteryerdə ciddi dəyişikliklər gözlənilməsə də, mühərriklər çeşidi «silkələnməyə" məruz qala bilər: şayiələrə görə, yenilənmiş Hyundai Santa Fe krossoveri dördüncü nəsil Kia Sorento modeli ilə mühərrikləri bölüşə bilər.