Avtomobil həm dizayn, həm də texniki cəhətdən yenilənib. Artıq Q7 modelini Azərbaycanda ilk dəfə dizel mühərriki ilə də əldə etmək olar. Mühərrik seçimində 3.0 TDI (249 at gücü) dizel, 2.0 TFSI (245 at gücü) və 3.0 TFSI (340 at gücü) benzin mühərrikləri mövcuddur. Yenilənmiş Audi Q7 avtomobilinin təchizatında bir çox texnoloji yeniliklər və innovativ sistemlər yer alıb. Modelin və ümumiyyətlə Audi markasının fanatları tanınmış tam ötürücü Quattro sisteminin imkanlarında da faydalana bilər.

Nəzərinizə çatdıraq ki, yenilənmiş Q7 modelinin ilk partiyası artıq satılıb. Növbəti partiya tezliklə satışda olacaq. Yenilənmiş Q7 və digər Audi modellərinin təchizatı və qiymətləri ilə rəsmi saytda tanış olmaq və online sifariş edərək əvvəlcədən reserv etmək mümkündür: 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Online sifariş edilən avtomobillər alıcıya çatdırılaraq ünvanda təhvil verilir.

Nəhəng, lüks SUV-nin bəzi xüsusiyyətləri və imkanları ilə aşağıdakı video təqdimatda tanış ola bilərsiniz

Audi Azərbaycan haqqında

“Dream Auto” MMC Audi markalı avtomobillərin Azərbaycanda rəsmi idxalçısı kimi fəaliyyət göstərir. Audi Azərbaycan markanın model sırasının geniş çeşidlərini satış salonunda avtomobil həvəskarlarına təqdim etməklə yanaşı, istehsalçının bütün tələblərinə cavab verən müasir servis mərkəzi ilə satış sonrası texniki xidmətləri tam həcmdə həyata keçirir.

Rəsmi diler: “Dream Auto” MMC

Ünvan: Babək prospekti, 43A Bakı, Azərbaycan

Tel: *8008

www.audi.az