Vantage modeli 2018-ci ildən istehsal olunur, buna görə də onun planlaşdırılmış restaylinqinin tam vaxtıdır. Aston Martin şirkəti Vantage modelini flaqman DB12 modeli ilə bənzər üslubda yeniləyiblər: interyer və eksteryer eyni üslubda tərtibata malikdir. Mercedes-AMG bölməsinin məhsulu olan 4,0-litrlik V8 biturbo mühərriki əlavə 155 at qüvvəsi və 115 Nm fırlanma anı əldə edib. Dinamika və idarəetmənin təkmilləşdirildiyi də qeyd olunur.
Aston Martin yenilənmiş Vantage modelini "modelin 74 illik tarixindəki ən sürətli və sürücüyə istiqamətləndirilmiş avtomobil" adlandırıb. Təkmilləşdirmələr çoxdur: benzin mühərriki yeni turbokompressorları, təkmilləşdirilmiş soyutma sistemini və dəyişdirilmiş yumruqcuqları alıb. Sıxılma nisbəti də artırılıb. Nəticədə hasilat 665 at qüvvəsinə və 800 Nm-ə çatıb! ZF “avtomatı” əvvəlkidir, lakin trəkşn-kontrol sistemi yenidən sazlanıb.
Sıfırdan 60 mil/saata (96 km/saat) sürətlənmə vaxtı 3,4 saniyəyə endirilib, maksimal sürət isə 325 km/saata çatıb. Yeni adaptiv amortizatorlar quraşdırılıb, sükanın elektrik gücləndiricisi təkmilləşdirilib, köndələn dayanıqlıq stabiliztorları dəyişdirilib. Vantage standart olaraq müxtəlif ölçülü Michelin şinləri olan 21 düymlük təkər diskləri ilə təchiz edilir. 27 kilqoram çəkiyə qənaət etməyə imkan verən karbon-keramik əyləclər opsiyadır.
Aston Martin Vantage sürücü və sərnişinə qarşı daha səmimi olub. Arxaik interyer keçmişdə qalıb: interyer DB12 lekallarından istifadə edilərək sıfırdan çəkilib! Superkar 10,25 düymlük sensorlu ekranı olan müasir multimedianı, 11-dinamikli səs sistemini, virtual cihazlar panelini, yeni çoxfunksiyalı sükan çarxını, qapı kartlarının və hava kanallarının yenidən işlənmiş dizaynını əldə edib. Dayaq da dəyişib: bamperlər, kapot, ön qanadlar və fənərlər yenidir.
Yenilənmiş Aston Martin Vantage modelinin sifarişçilərə çatdırılmasına cari ilin ikinci rübündə başlanmalıdır. Qiymətlər hələlik açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.