Audi şirkətinin A4 ailəsini yenələmək planları hər kəsə bəllidir. Bu ailənin bir dəfə yüngül şəkildə restaylinqdən keçməsinə baxmayaraq, alman istehsalçısı modelin dərin şəkildə yenilənməsinə qərar verib. A4 ailəsinin yenilənməsi avtomatik olaraq A5 ailəsinin də yenilənəcəyinə də işarə edir.
Bu yaxınlarda avtomobil aləminin paparazzilərinin A5 Sportback modelinin kamuflyajla örtülmüş prototiplərinə rast gəlməsi də bu ehtimalı təsdiqləyib. Qeyd etmək lazımdır ki, yenilənmiş A5 Sportback modelinin prototiplərinin son şəkilləri şimalda keçirilən sınaqlar zamanı çəkilibdirlər.
Şəkillərdən də göründüyü kimi, A5 ailəsi ön və arxa tərəflərin yenilənmiş dizaynına malik olacaqdır. A5 Sportback iri hava girişləri olan ön bamperi, yenilənmiş dizaynı olan yan kandarları və arxa bamperi əldə edəcəkdir. Ön LED fənərlər yeni forma və tərtibata,arxa fənərlərin isə, tərtibatı dəyişəcəkdir. Bundan başqa, diqqətlə baxsaq, səsboğucu sistemin düzbucaqlı çıxış borularını da görmək olar.
Salon tərtibatına gəldikdə isə, 12,3-düymlük virtual cihazlar panelinin avtomobilin standart təchizat siyahısına daxil ediləcəyi sübhə doğurmur. Bundan başqa, model standart olaraq baqaj qapağının elektrik ötürməsi, multimedia sisteminin 8,8-düymlük ekranı, sensorlu düymələri olan klimat-kontrol ilə təchiz ediləcəkdir. Çox güman ki, Apple CarPlay və Android Auto əlavələri də standart olaraq quraşdırılacaqdır.
Çox güman ki, artıq Avropada qüvvəyə minmiş WLTP standartları modelin mühərrik çeşidinin yenidən gözdən keçirilməsini tələb edib. İlkin məlumata görə, Audi A5 ailəsi 2,0-litrlik ən müasir benzin və dizel aqreqatları ilə təchiz ediləcəkdir. Yeni mühərriklərin güc diapazonu 150-252 Böyük ehtimalla, həm A4, həm də A5 ailəsinin elektrikləşdirilməsinə “yumşaq” hibridlərdən başlanacaqdır.
Transmissiyalara gəldikdə isə, güc aqreqatları 6-pilləli meaniki və 7-pilləli S-tronic “robotu” ilə tandemdə çalışacaqdırlar. Firma quattro tam çəkiş sistemini də yaddan çıxarmaq lazım deyil.
Yenilənmiş Audi A5 ailəsinin təqdimatı bu ilin payızında işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəkdir.