Audi A3 ailəsinin planlaşdırılmış yenilənməsi prosesi bu ilin yazından bəri davam edir: əvvəlcə mülki sedan və hetçbeklər, daha sonra isə, “qaynar” Audi S3 modelləri təqdim olunub. Şirkət “bərkgedən” RS 3 modifikasiyasının premyerasını final mərhələsinə saxlayıb. Əvvəlcə Audi RS 3 Nürburqrinq rekordunu yeniləyib və yalnız indi tam şəkildə təqdim olunub.

Audi RS 3 modelinin xarici görünüşü baza modellərinin ruhunda yenilənib: radiator barmaqlığı böyüyüb və fərqli naxışa, eləcə də yan tərəflərdəki hava girişlərinə sahib olub. Yenilənmiş avtomobilləri tanımağın ən asan yolu naxışı damalı bayrağı xatırladan gündüz hərəkət işıqlarıdır: restaylinqdən əvvəlki avtomobillərdə belə bölmələr aşağıda yerləşirdi. 

Arxa işıqlar oxşar üsluba malikdir, onların altında yenidən işlənmiş diffuzor quraşdırılıb. Kuzovun tərtibatında qara dekordan geniş istifadə olunur (karbonplastik əlavə ödənişlə təklif olunur), standart 19 düymlük təkər diskləri də eyni rəngdədirlər. Opsiyalar arasında Pirelli P Zero Trofeo R yarı sliklərini də qeyd etmək olar ki, onlar da rekorda imza atan sedanın təchizatına daxildir.

Yenilənmiş Audi RS 3 modelinin əsas interyer yeniliyi sürücülük rejimlərini seçmək üçün böyük qırmızı düymələri, habelə üst və alt hissəsi kəsilmiş üçqollu sükan çarxıdır. Karbonplastikdən korpusu və nappa dərisi ilə Dinamica mikrofiberi üzlənmiş yeni idman oturacaqları da var. 

Virtual cihazlar paneli 12,3-düymlük ekrana və əlavə idman məlumatlarının göstərilməsi rejimlərinə malikdir. Daha çox məlumat (mayenin temperaturu, şinlərdəki təzyiq, dartma qüvvəsinin paylanması və sairə) media sisteminin displeyi (10,1 düym) tərəfindən təmin edilir.

Kapotun altında atipik alışma sırası 1-2-4-5-3 olan beşsilindrli firma 2,5 TFSI turbomühərriki (400 at qüvvəsi, 500 Nm) var, lakin o heç bir əhəmiyyətli təkmilləşdirmə əldə etməyib. Yeddi pilləli S tronic avtomatik transmissiyası, adaptiv asqı və arxa oxda iki muftası olan tam ötürmə sistemi də yerindədir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dəyişən isə, bütün sistemlərin və aqreqatların incə tənzimlənməsidir. Onların sayəsində yenilənmiş Audi RS 3 modelinin idarəetmə xarakteri daha çox arxa ötürməli olub, dönmə çatışmazlığı azalıb.

Bu, yığcam avtomobil sinfində Nürburqrinq rekordunu yeniləməyə imkan verib (7 dəqiqə 33,123 saniyə). Pasport üzrə dinamik göstəriciləri dəyişməyib: 100 km/saata sürətlənmə 3,8 saniyə çəkir, maksimal sürət isə, 290 km/saat (bütün opsional paketlər ilə) təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Audi şirkəti RS 3 modelinin satışından məmnundur, çünki 2011-ci ildə modelin debütündən sonra bütün dünya üzrə demək olar ki, 80 min avtomobil satılıb.

Yenilənmiş avtomobillərin satışlanarı oktyabrda start veriləcək, lakin əvvəlcədən sifarişlər artıq qəbul olunur: hetçbekinqiyməti  66 min avrodan, sedanın isə, 68 min avrodan başlanır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.