Dörd il əvvəl, S3 modelinin rəsmi təqdimatından əvvəl Audi şirkəti modelin yüngül kamuflyaja bürünmüş versiyasını təqdim etmişdi. İndi isə, eyni fənddən zavod idman bölməsinin rənglərində olan örtüklə üzlənmiş yenilənmiş “qaynar” Audi S3 modeli üçün istifadə edilib. Qeyd etmək gərəkdir ki, eyni rənglərdən bu yaxında debüt etmiş Audi RS 6 Avant GT universalının livreyasında da istifadə olunub. Ən başlıcası isə, almanlar artıq bu modernləşdirmənin bəzi texniki detallarını açıqlayıblar.
Kamuflyaj o qədər yüngüldür ki, zahiri yenilikləri adi gözlə görmək olar. Hetçbek və sedan yan tərəfin fərqli dizaynına malik olan başqa bamperləri alıblar. Radiator barmaqlığı əvvəlki pətək formalı kəsiklərin əvəzinə böyük hüceyrələri əldə edib.
Firma loiqotipi kapotun kənarına qədər bir qədər yaxınlaşıb, ön və arxa fənərlər isə, yeni LED naxışı əldə ediblər. Yeri gəlmişkən, digər Audi A3 modellərində də təxminən eyni həcmdə dəyişikliklər gözlənilir.
Yenilənmiş Audi S3 modeli dördsilindrli 2.0 TFSI turbomühərriki qoruyub saxlayıb, lakin onun hasilatı 310 at qüvvəsi və 400 Nm-dən 333 at qüvvəsi və 420 Nm-ə qədər artırılıb - yubiley Volkswagen Golf R hetçbekindəki kimi.
Bu, 100 km/saat həddinə sürətlənmə vaxtını 0,1 saniyə azaltmağa kömək edib - indi yenilənmiş Audi S3 bu işə 4,7 saniyə sərf edir. Maksimal sürət həddi 250 km/saatda məhdudlaşdırılıb. Yeddi pilləli S tronic transmissiyası yerini qoruyub, lakin onun həssaslığı və tam yüklənmə altında ötürmə sürəti iki dəfə yaxşılaşdılıb.
Əsas texniki yenilik arxa oxda peyda olmuş Torque Splitter sistemidir. O, artıq daha güclü Audi RS 3 modelindən tanışdır. O, ənənəvi mufta əvəzinə fərdi yan muftaları ehtiva edir ki, bu da dartma vektoruna nəzarət etməyə imkan verir və arxa oxa göndərilən fırlanma anının 100%-ə qədərini hər bir təkərə ötürməyə qadirdir.
Audi RS 3 hətta drift rejiminə malikdir, lakin onun yenilənmiş S3 modelində mövcud olacağı barədə məlumat verilməyib.
Ön McPherson asqısı yeni dayaq podşipniklərini və daha sərt qolları alıb. Bu, yenidən sazlanmış amortizatorlar və sükan idarəetməsi ilə birlikdə, yaxşılaşdırılmış həssaslıq və dəqiqliyi vəd edir. Daha güclü mühərrik və çevik şassi daha effektiv əyləclərin mövcudluğunu tələb edir.
Əyləc mexanizmləri əvvəlki kimi çuqundandır, lakin disklərin diametri (357 millimetr) və qalınlığı (34 millimetr) artırılıb. Ön tərəfdəki yeni ikiporşenli mexanizmlər təmas səhtini genişləndirmək məqsədi ilə daha böyük qəliblər ilə təchiz edilirlər. Nəhayət, Falken ilə birlikdə 235/35 R19 ölçülü xüsusi şinlər hazırlanıb.
Yenilənmiş Audi S3 modellərinin rəsmi təqdimat tarixi hələlik açıqlanmayıb. Hər halda, əvvəlcə Audi A3 baza ailəsi yenilənməlidir, buna görə də “qaynar” S3 modelləri bir neçə aydan sonra nümayiş etdiriləcəklər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.