Bentley şirkəti yenilənmiş Bentayga Speed krossoveri haqqında məlumatla bölüşüb. Britaniya markası top-versiyanın xarici görünüşünü əks etdirən şəkilləri dərc edərək, modelin onlayn təqdimatının 12 Avqust tarixində keçiriləcyini bildirib.
Bentley Bentayga Speed prototipinin dərc edilmiş rəsmi şəkilləri, krossoverin top versiyasının Bentayga modeli ilə bənzər şəkildə yenilənəcəyindən, Speed modelinin inkişaf etdirilmiş ön splitter və arxa diffuzor, böyüdülmüş arxa spoyler və oval formalı çıxış boruları olan idman səsboğucu sistemi ilə təchiz ediləcəyindən xəbər verir.
Autocar jurnalının yazdığına görə, Bentayga Speed restaylinqdən sonra 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 mühərriki ilə təchiz ediləcək və 306 km/saatlıq maksimal sürət ilə dünyanın ən yeyin krossoveri statusunu qoruyub saxlayacaqdır.
Bununla birlikdə, avropalılara Speed modifikasiyasını almaq şansından məhrum olacaqdırlar. Bunun əsas səbəbi ekoloji normalarının sərtləşməsidir. Odur ki, Avropada Bentley Bentayga 550 at qüvvəli V8 mühərriki ilə təchiz edilən versiyada təklif ediləcəkdir. Sonradan 2,9-litrlik V6 mühərrikinin əsasında yaradılan hibrid güc qurğusu ilə təchiz edilmiş modifikasiya satışa çıxarılacaqdır.
Yeni Bentayga Speed modelimnin eksteryer və interyerinin fərdiləşdirilməsi imkanları, texniki xüsusiyyətləri və qiymətləri haqqında məlumat 12 avqustda baş tutacaq onlayn təqdimatda açıqlanacaqdır. Yeni Bentayga Speed modelinin əsas satış bazarları Yaxın Şərq, ABŞ və Asiya olacaqdır.