Mini şirkəti yenilənmiş beşqapılı Cooper hetçbeki haqqında məlumatı və satışlarının başlanması tarixini açıqlayıb: hetçbek 2021-ci ilin martında Avropadakı dilerlərin salonlarında peyda olacaqdır. Üçqapılı versiyadan daha uzun və daha geniş olan beşqapılı hetçbek yenilənmiş eksteryer və interyer dizaynını, habelə yeni opsiyaları əldə edib. Misal kimi, unikal üçrəngli Multitone Roof damını göstərmək olar.
Beşqapılı Mini Cooper modeli ailənin digər avtomobilləri ilə eyni şəkildə yenilənib: avtomobil duman işıqları olmayan yeni ön bamperi (onıarın funksiyalarını indi əsas fənərlər yerinə yetirir), ön qanadlardakı modernləşdirilmiş barmaqlıqları, habelə 17 və ya 18 düymlük təkər disklərini alıb. Əlavə ödəniş ilə, öçrəngli Multitone Roof damını sifariş etmək olar. Belə dam göy San Marino Blue, mavi Pearly Aqua Blue və qara Jet Black rənglərinə boyanır.
Yenilənmiş Mini Cooper modelinin standart təchizatına LED ön fənərlər və Britaniya bayrağı üslubunda dizayna malik olan arxa işıqlar daxildir. Bundan əlavə, standart avadanlıqlar siyahısına multimedia sisteminin 8,8-düymlük sensorlu ekranı daxil edilib. Salondakı dəyişikliklər arasında havalandırma sisteminin yeni deflektorları və ilk dəfə qızdırılma funksiyası ilə təchiz edilən (opsiya) yenilənmiş çoxfunksiyalı sükan da var.
Beş qapılı hetçbek üçqapılı versiyadan 160 millimetr uzundur. Avtomobillərin təkər bazalarının arasındakı fərq isə, 72 millimetrdir. Bunun sayəsində ikinci sırada olan sərnişinlər diz zonasındakı məkan daha genişdir və əlavə qapılar minmə-enməni asanlaşdırır. Arxa oturacaqın kürək hissəsini qatlayaraq baqaj bölməsinin həcmini 278 litrdən 941 litrə qədər artırmaq olar.
Yenilənmiş Mini Cooper modelini 75, 102 və 136 at qüvvəsinə sahib olan üçsilindrli turbomühərrik, Cooper S modelini isə 178 at qüvvəsi hasil edən 2,0-litrlik dördsilindrli turbomühərrik ilə təklif edəcəklər. Mühərriklər altı pilləli mexaniki ötürmələr qutusu və iki muftalı yeddi pilləli "robot" ilə təchiz edilə bilərlər.