Bimmer Today saytının sərəncamına yenilənmiş BMW 2-Series kupesinin fotoşəkilləri daxil olmuşdur. Şəkillər ilk dəfə alman markasının Belçikadakı saytında peyda olsa da, sonradan onları oradan silmişdirlər.
Buna baxmayaraq portalın istifadəçiləri şəkilləri skrinşot etməyə müvəffəq olmuşdurlar. Təsvirlərdən də göründüyü kimi, yenilənmiş avtomobil sələfindən o qədər də seçilməyəcəkdir. Kupe ksenon fənərləri əvəzləmiş işıqdiodlarından işıq texnikasına, başqa dizaynlı arxa fənərlərə sahib olacaqdır. Yenilənmiş modeli arxadan geriyə hərəkət işıqlarının yerini dəyişməsinə görə də tanımaq mümkündür. Avtomobilin interyerinin fotoşəkli dərc edilməsə də, 2-Series kupesinin yeni multimedia sistemini əldə edəcəyi bildirilmişdir.
Kupenin güc aqreqatı isə dəyişilməz olaraq qalır. Bu 370 at qüvvəsi hasil edən 3,0-litrlik iki turbokompressorlu altı silindrli mühərrikdir. Güc aqreqatı altı pilləli mexaniki və ya yeddi pilləli «robotla» təchiz edilir. Yerindən 100 km/saat həddinə kupe 4.3 saniyəyə sürətlənir və 270 km/saat maksimal sürət həddinə malikdir.
Ehtimallara görə, Bavariyalı isteshalçı M2 modelinin dördqapılı və trek üçün variantını hazırlamaq fikrindədir.