G20 nəslindən olan BMW 3 Series ailəsi planlaşdırılmış yenilənmədən keçib. Yenilənmiş çeşidin ilk nümayəndəsi bir ay yarım bundan əvvəl Çində debüt edən BMW i3 elektromobili olsa da, adi sedan və universalın özünəməxsus stilistik xüsusiyyətləri var. Bununla belə, maraqlıdır ki, dizaynerlər son zamanlar Münhendə dəbdə olan nəhəng "burun dəliklərinə" keçid kimi radikal bir addımı atmayıblar.
Beləliklə, "burun dəlikləri" bir qədər genişlənib, künclü formaları və ikiqat şaquli çubuqları əldə ediblər. Yeni fənərlər - alt hissəsindəki bənddən məhrum olublar və gündüz hərəkət işıqlarının tərsinə çevrilmiş “mötərizələrini” alıblar: onlar artıq L deyil, Г-şəkillidirlər.
Arxa işıqlar dəyişməyib. 17-düymlük təkər diskləri (əvvəlki 16-düymlüklərin əvəzinə) və yan şüşələrin ətrafındakı qara haşiyələnmə indi standartdırlasrr: xrom haşiyələnmə üçün əlavə ödəniş tələb olunur.
Məlum məsələdir ki, bamperlər dəyişdirilib. Standart zahiri görünüş daha sadə olub: bamperlərdəki T-şəkilli əlavələrdən imtina etmək qərara alınıb. M Sport paketi olan "üçlüklər" isə indi kənarlarında şaquli "dişləri" olan bamperlərə malikdirlər.
Onlar ön tərəfdəki böyük qara əlavələri əvəz ediblər, arxada isə, bu “dişlərə” əvvəllər üfüqi yerləşməyə malik olan reflektorlar inteqrasiya olunublar. Habelə, genişləndirilmiş qara dekoru və qırmızı supportları olan M-əyləcləri daxil edilmiş M Sport Pro paketi də var.
Amma ən böyük yenilik salondadır. Yenilənmiş 3 Series qlobal BMW i4 liftbəki ilə eyni ön panelə sahib olub: vahid şüşənin altında günəşlikləri olmayan iki ekran yerləşdirilib.
Cihazlar panelinin displeyi 12,3, media sisteminin sensorlu ekranı isə 14,9 düymlükdür. Üstəlik, eyni ön paneli "bərkgedən" BMW M3 modelləri də alacaqlar – onların tam ölçülü yenilənməsi hələ irəlidədir.
Analoq cihazlar panelindən və iqlimə nəzarət sisteminin ayrıca idarəetmə panelindən birdəfəlik imtina edilib: indi bütün idarəetmə funksiyaları multimedianın “dərinliklərində” yerləşir. Eyni zamanda, üçzonalı klimat-kontrol artıq baza təchizatına daxildir.
Yeni, artıq səkkizinci nəsil iDrive sistemi bulud xidmətləri ilə işləmək üçün qabaqcıl funksionala və naviqasiya sisteminə malikdir. Transmissiyanın tam ölçülü coystikinin əvəzinə indi miniatür selektor (BMW M3 istisna olmaqla) quraşdırılır.
Digər bir itki - mexaniki ötürmələr qutusudur. Əvvəllər belə qutunu yalnız Avropada satılan və ən zəif dizel versiyalarında quraşdırırdılar. Bundan sonra mexaniki tranmsissiya yalnız BMW M3 modelində qalacaqdır. Üçüncü seriyanın bütün digər modifikasiyaları sükanaltı ləçəkləri olan səkkiz pilləli "avtomat" ilə standart olaraq təchiz ediləcəklər.
Mühərrik çeşidi dəyişməyib. 318i (2,0 litr, 156 at qüvvəsi), 320i (2,0 litr, 184 at at qüvvəsi), 330i (2,0 litr0, 245 at qüvvəsi) və M340i (3,0 litr, 374 at qüvvəsi) benzin, habelə 318d (2,0 litr, 150 at qüvvəsi), 320d (2,0 litr, 190 at qüvvəsi), 330d (3,0 litr, 286 at qüvvəsi) və M340d (3,0 litr, 340 at qüvvəsi) dizel versiyaları mövcuddurlar.
Bütün dizel mühərrikləri və altısilindrli benzin aqreqatları start-stop sisteminin bir hissəsi kimi işləyən 48 voltluq starter-generatorla təchiz edilir. 318 indeksinə malik olan modellər yalnız arxa ötürmə ilə təklif olunur, M340i və M340d versiyalarında isə, standart olaraq xDrive tam ötürməsi quraşdırılır. Qalan versiyalar üçün ötürmə növünü seçmək olar.
Avropada 2,0-litrlik benzin turbomühərriki və ötürmələr qutusuna quraşdırılmış elektrik mühərriki olan tam ölçülü hibridlər də təklif edilir. BMW 320e - 204 at qüvvəsinə, BMW 330e versiyası isə 292 at qüvvəsinə malikdir. 12 kilovat-saatlıq dartma batareyası arxa oturacağın altında yerləşir.
Sedan və universal üçün müxtəlif kombinasiyalar təklif olunsa da, hər iki hibrid həm arxa, həm də tam ötürmə ilə əlçatandırlar. “Bərkgedən” BMW M3 modeli daha sonra tam şəkildə yenilənəcək və sedan ilə yanaşı, çoxdan gözlənilən M3 universalı da təqdim ediləcəkdir.
Avropa artıq yenilənmiş BMW 3 Series modellərinə sifarişlər qəbul olunur. Yenilənmiş modelin Almaniyadakı satış qiyməti 43 900 avrodan başlayır. Avtomobillərin çatdırılmasına isə, iyul ayında başlanacaqdır. Yeri gəlmişkən, BMW 3 Series sedanları hazırda Almaniya, Meksika (Şimali və Cənubi Amerika bazarları üçün) və Çində (uzunbazalı versiyalar), universallar isə, yalnız Almaniyada istehsal olunurlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.