Bu gün BMW şirkətinin Cənubi Koreyada fəaliyyət göstərən bölməsi özünün Instagarm hesabında yenilənmiş 5 Series və 6 GT Series modellərinin debüt tarixini açıqlayan tizerləri dərc edib. Beləliklə, yenilənmiş modellər 27 may tarixində Cənubi Koreyada təqdim olunacaqlar – məlum məsələdir ki, təqdimat onlayn rejimində həyata keçiriləcəkdir.
Ən maraqlısı odu ki, Mercedes-Benz şirkəti də 27 may tarixində yenilənmiş E-Class kupe və kabrioletinin təqdimatını planlaşdırıb.