Bu gün internet şəbəkəsində yenilənmiş BMW M3 modelinin fotoşəkilləri peyda olmuşdurlar. Alman istehsalçısı «qaynar» sedanın yenilənmiş variantını mart ayında keçiriləcək 87-ci Cenevrə avtosalonunda təqdim etmək niyyətindədir. Bu restaylinq M3 modelinin başına gələn ikinci yenilənmə olacaqdır.

BMW M3 modelinin yenilənmiş variantının qlobal şəbəkəyə «buraxılmış» fotoşəkilləri avtomobil barədə ilkin məlumatı təsdiq edir.

Belə ki, M3 modeli cüzi dəyişikliklərə məruz qalmışdır. Bunlar - yeni ön bamper və təkmilləşdirilmiş ön fənərlərdir. Bundan başqa, sedan yeni təkər diskləri ilə də təchiz ediləcəkidir. M3 modelinin ön hissəsinin dizaynı yenilənmiş BMW M4 kupesinin dizayn üslubunda hazırlanmışdır. Sedan aqressiv formalı bamperi və əlavə işıqdiodlarına malik olan işıq texnikasını əldə etmişdir. Bununla belə, avtomobilin arxa hissəsinin dizaynı dəyişilməz qalmışdır.

Bunun səbəbi, hələ keçən il avtomobilin yeni arxa fənərləri əldə etməsidir.

BMW Blog saytının məlumatına görə, ikinci yenilənmədən sonra M3 sedanının rəng çeşidinə Tanzanite Blue (şəkildəki) rəngi əlavə ediləcəkdir.

Texniki cəhətdən avtomobil heç bir dəyişikliyə məruz qalmayacaqdır. Bildiyimiz kimi, BMW M3 sedanı 431 at qüvvəli 3,0-litrlik altı silindrli turbomühərriklə təchiz edilir. «Qaynar» sedan 100 km/saat sürətini 4,3 saniyəyə toplayır. Onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır.

Opsional M Driver dəsti sayəsində bu həddi 280 km/saata qədər çəkmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt