Buick şirkəti amerikan markasının həvəskarlarını tizer yağışına tutmaq əvəzinə, yenilənmiş Enclave krossoverinin iki rəsmi şəklini dərc edib. İstehsalçı heç bir məlumat verməsə də, ən azından avtomobilin eksteryer dizaynı barədə mülahizələr yürütməyə ehtiyac yoxdur. Xatırladaq ki, Enclave modeli Buick markasının model çeşidindəki ən böyük (uzunluğu 5,2 metr) və bahalı modeldir. İkinci nəsli Buick Enclave modeli 2017-ci ildə debüt edib və planlaşdırılmış yeniləmədən keçib.
Autograph.az saytı xəbər verir ki, krossover aqressiv üsluba malik olan ön tərəfə sahib olub: dəbli "ikimərtəbəli" ön fənərlərin üzərində gündüz hərəkət işıqları və dönmə siqnalları yerləşdirilib. Radiator barmaqlığının ölçüsü də daha böyük olub. Arxa hissədə köklü dəyişlik olmayıb, lakin burada yeni fənərlər və bamper peyda olub. Üç oturacaq cərgəsi olan salonun şəkilləri hələlik dərc edilməyib.
Yenilənmiş Buick Enclave krossoveri 2022-ci model ilinin krossoveri kimi elan edilib. Bu isə, yenilənmiş avtomobillərin satışa yay aylarında çıxacağından xəbər verir. O zamana qədər avtomobil haqqında təfərrüatlar açıqlanacaqdır. Hazırda 314 at qüvvəli 3,6-litrlik V6 mühərriki və 9-pilləli "avtomat" ilə təchiz edilən yenilənmədən əvvəlki Buick Enclave modeli 42 min dollara satılır.