General Motors konserninin flaqmanı ABŞ-da heç bir kamuflyaj olmadan avtomobil casuslarına rast gəlib. Paparazzilər ən güclü və bahalı Escalade-V versiyasının şəkillərini çəkməyə müvəffəq olublar. Lakin bənzər yenilikləri bütün Escalade ailəsinin alacağını gözləmək olar. Ofrouder yeni ikimərtəbəli ön fənərləri alıb, onun bamperləri, radiator barmaqlığı və təkər diskləri dəyişdirilib, interyeri isə, yenidən dizayn edilib: salonda əsas diqqətçəkən yenilik 55 düymlük ekrandır.

Yenilənmiş Cadillac Escalade 100% tanınandır, lakin detallarda yeniliklər daha çoxdur. Radiator barmaqlığı daha böyük naxışı alıb, əyləclər üçün hava girişləri olan ön bamper, uzaq və yaxın işıqların şaquli bölməsi olan fənərlər peyda olub. Nəhayət, yenilənmiş ofrouder 285/40 R24 ölçülü şinlər taxılmış 24-düymlük diskləri alıb : belə disklər hətta əvvəlki Escalade-V versiyasında yox idi!

Salon tamamilə yenidən işlənib, lakin sensasiya çox nisbidir: bu, artıq Escalade IQ elektromobilində ictimaiyyətə nümayiş etdirilmiş nəhəng displeydir. Görünən odur ki, yanacaqlı və “batareyalı” ofrouderlər unifikasiya ediləcək: ekranlar, mərkəzi sensorlu ekran və ikiqollu sükan eyni olacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Amerikalı jurnalistlər yenilənmiş ofrouderin mühərrik çeşidində əhəmiyyətli təkmilləşdirmələrin olub-olmayacağını bilmirlər. Bununla belə, çox güman ki, Cadillac Escalade-V Chevrolet Camaro ZL1 modelindən tanış olan kompressorlu 6,2-litrlik V8 mühərrikini saxlayacaq. Hazırda bu aqreqat 691 at qüvvəsi və 884 Nm fırlanma anı hasil edir. Demək olar ki, Cadillac ilə birlikdə "qohum" GMC Yukon yenilənəcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.

Mənbə: CarScoops.com