Dövrümüzün ən uğurlu Cadillac avtomobili olan tamölçülü Escalade ofrouderinin beşinci nəsli üç il əvvəl debüt edib. Lakin keçən il çeşidə klassik ofrouder ilə heç bir əlaqəsi olmayan Escalade IQ elektrik ofrouderi peyda olub. İndi isə, klassik Escalade ofrouderini elektrik versiyasına bənzətmək qərara alınıb.
Məsələn, yenilənmiş Escalade gündüz hərəkət işıqların iri "dişləri" olan oxşar işıqlandırma texnologiyasını əldə edib. Radiator barmaqlığı da böyüdülüb. Daha effektli görünüş üçün firma loqotipi, bahalı təchizat səviyyələrində isə, barmaqlığın bütün konturu işıqlandırılır.
Cadillac Escalade
Arxada yeni işıqlar, bamper və buraxılış sisteminin çıxış boruları peyda olub. Kuzov rəngi palitrasına üç yeni çalar əlavə edilib, əlavə ödəniş müqabilində 24 düymlük təkər diskləri də təklif olunur – onlar indiyə qədər Escalade üçün təklif edilən ən böyük disklərdir!
Salonda tamamilə yeni ön panel peyda olub, buradakı həllərinin əksəriyyəti Escalade IQ elektromobilindən götürülüb. Panelin üzərindəki ekranlar ön panelin bütün eni boyu uzanır: burada cihazlar paneli və media sistemin ekranları özündə birləşdirən 35-düymlük nəhəng klaster var.
Cadillac Escalade-V
Ön sərnişin üçün isə, 20-düymlük displey nəzərdə tutulub. Mərkəzi konsolda klimat-kontrola cavabdeh olan üçüncü ekran yerləşir. Bu sensorlu dəbdəbə 128 rəngli kontur işıqlandırması və təkmilləşdirilmiş tərtibat materialları ilə gücləndirilir.
Əlavə ödəniş qarşılığında İkinci sıra oturacaqlar üçün dəbdəbəli paket sifariş etmək mümkündür. O, sensor ekranlı "komanda mərkəzi", simsiz doldurma üçün iki meydançanı və açılan masası olan arxa konsolu ehtiva edir.
Cadillac Escalade
Bundan əlavə, paketə iki 12,6-düymlük planşet və masaj funksiyası olan oturacaqlar daxildir. Standart audio sistemində 19 dinamik, opsional AKG sistemində isə, 40 dinamik var! Beş qapının hamısı elektrik ötürməsinə malik ola bilərlər.
Yeganə texniki dəyişiklik – 281 at qüvvəli 3,0-litrlik sıralı altısilindrli turbodizeldən imtinadır. Lakin qüdrətli 6,2-litrlik V8 mühərriki qorunub saxlanılıb. O, standart atmosfer versiyasında 426 at qüvvəsi və 624 Nm fırlanma anı hasil edir.
Escalade-V ekstremal modifikasiyası əvvəlki kimi, 6,2-litrlik V8 kompressorlu mühərrikə (691 at qüvvəsi, 885 Nm) təklif olunur. Bütün Escalade modelləri 10-pilləli avtomatik transmissiya, pnevmatik asqı və Magnetic Ride Control adaptiv amortizatorları ilə təchiz edilirlər.
Yenilənmiş Cadillac Escalade ofrouderinin istehsalına bu ilin sonunda başlanacaq. Yenilənmiş ofrouderin qiymətləri elə həmin zaman açıqlanacaq. Hazırda Cadillac Escalade modelinin ABŞ-dakı satış qiyməti 95 min dollardan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.