Çinin sənaye və informasiya texnologiyalarınazirliyinin bazasında restaylinq keçmiş Cadillac XT5 krossoverinin şəkilləri aşkar olunub. Yenilənmiş variant əvvəlkindən eksteryerdəki xırda dəyişikliklər, yeni avadanlıq və mühərrik ilə fərqlənir.
Şəkillərdəm də göründüyü kimi, yenilənmiş Cadillac XT5 krossoveri kiçik XT4 modelinin üslubunda radiator barmaqlığına sahib olub. Bundan başqa, ön bamperdəki hava girişləri irilənmiş və ön fənərlərin iç strukturu dəyişıbdir. Linzalar işıqdiodları ilə əvəzlənibdir. Arxa fənərlərin də dizaynında dəyişiklik var – fənərlərin tərtibatı təchizat səviyyəsindən asılı olaraq dəyişəcəkdir.
Çin bazarında satılacaq Cadillac XT5 modeli 241 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik “turbodördlüklə” təchiz ediləcəkdir. Mühərrik 9-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.
Yenilənmədən əvvəlki krossoverin mühərrik çeşidinə 250 və 269 at qüvvəsi təklif edən 2,0-litrlik mühərrik ilə təchiz edilirdi. Hər iki mühərrik 400 Nm-lik fırlanma anına malikdir. Bundan başqa, avtomobilin mühərrik çeşidinə “yumşaq” hibrid də daxildir. Qurğunun tərkibinə 269 at qüvvəli mühərrik ilə yanaşı 6,6 kilovat-saat və 49 Nm hasil edən motor-generator daxildir.