Çinin sertifikatlaşdırma orqanlarının açıq məlumat bazasında yenilənmiş Changan Lantop (bizim bazarda Hunter adı ilə tanınır) şəkilləri peyda olub. Pikap qlobal miqyasda yenilənəcək: pikap ön tərəfdən Uni ailəsinə bənzəyəcək, üstəlik, onun hibrid versiyasını da sifariş etmək mümkün olacaq. Pikapı əvvəlki kimi, standart (3,18 metr) və ya uzun (3,43 metr) təkər bazası ilə təklif edəcəklər.
Changan Lantop modeli Çində 2019-cu ildə debüt edib, ona görə də restaylinq tam vaxtında keçirilib. Dizayn dəyişiklikləri radikaldır: pikap çərçivəsiz radiator barmaqlığına sahib olub, fənərlər məharətlə gizlədilib, arxa görüntü güzgülərinin gövdələri isə dəyişdirilib.
Yeni Changan Lantop 2,0-litrlik benzin “turbodördlüyünün” bazasında yaradılmış üçmühərrikli hibrid güc qurğusu ilə təklif olunacaq. Elektrik mühərrikləri öndə (95 at qüvvəli) və arxada (177 at qüvvəli) yerləşdiriləcək və onlar litium-dəmir-fosfat batareyasından qidalanacaqlar. Transmissiya haqqında heç bir məlumat veriməyib: ola bilsin ki, Changan mexaniki tam ötürmədən və azaldıcı cərgədən imtina etsin.
Yenilənmiş Changan pikapının təqdimat tarixi məlum deyil, lakin adətən məlumatın Çinin Sənaye və Ticarət Nazirliyinin bazsından sızdığı andan təqdimata qədər təxminən bir ay vaxt keçir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.