İlk tizerin dərc edilməsindən dörd gün keçdikdən sonra, Dacia şirkəti yenilənmiş Duster krossoveri üzərindəki sirr pərdəsini götürüb. Krossover "üçüncü" Sandero üslubunda eksteryer dizaynını, Y-şəklli gündüz hərəkət işıqlarına (GHİ) sahib olan LED fənərləri, 8-düymlük ekranı olan yeni multimedia sistemini və genişləndirilmiş elektron köməkçilər dəstini əldə edib. Avropada yenilənmiş Dacia Duster modelinin satışlarına yayın sonuna yaxın başlanacaqdır.
Yenilənmiş Dacia Duster daha çox üçüncü nəsil Sandero modelinə bənzəyır.Krossover yeni radiator barmaqlığına və yaxın LED işıqları olan fənərlərə, Y-şəkilli GHİ-na və LED dönmə siqnallarına (Dacia modelinin tarixində ilk dəfə) sahibdir.
Aerodinamik boruda optimallaşdırılmış arxa spoyler və yeni təkərlər sayəsində, tam ötürməli versiyanın karbon dioksidi tullantıları 5,8 qram azalıb.
İnteryerdə yeni oturacaq üzlükləri və fərqli formalı baş dayaqları peyda olub. Hündür mərkəzi konsol 70 millimetr irəli çıxa bilən və altında kilidlənən 1,1 litrlik bölmə olan qol dayağı ilə təchiz olunub. Konsolun arxa ucunda iki USB portu quraşdırılıb.
Duster modeli üçün üç mediasistem təklif olunur: standart Dacia Plug & Music, yeni Media Display və Media Nav. Son iki versiya 8,0-düymlük ekranla təchiz edilir. Mediasistem Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyir, onun ən bahalı versiyası isə, əlavə olaraq WiFi giriş nöqtəsi ilə təchiz edilir.
Yeni multimedia kompleksləri ilə təchiz edilmiş tamötürməli Duster modelləri 4x4 Monitor sistemini qoruyub saxlayıblar. Bu, adaptiv eniş köməkçisindən alınan məlumatlarıdan istifadə edən virtual meyl göstəricisi, kompass, altimetr və əyilmə bucağı indikatorudur.
Bundan başqa, mövcud avadanlıqlar siyahısına kor zonalara nəzarət (30-140 km/saat sürətlərində işləyən) funksiyası, parketmə sisteminin ultrasəs sensorları və dörd kameralı dairəvi müşahidə sistemi daxildir: kameraların biri öndə, biri arxada, ikisi isə yan tərəflərdə quraşdırılır.
Avropada yenilənmiş Daci Duster üç benzin mühərriki ilə təklif ediləcəkdir: TCe 90, TCe 130 və TCe 150. Bütün mühərriklər mexaniki transmissiya və ön ötürmə ilə təchiz edilirlər, lakin TCe 150 modifikasiyası üçün EDC "robotu" da nəzərdə tutulub.
Bundan başqa, mexaniki transmissiya, ön və ya tam ötürmə ilə təchiz edilən dCi 115 dizel modifikasiyası, habelə benzin və mayeləşdirilmiş neft qazı ilə işləyən ikiyanacaqlı TCe 100 modifikasiyası da mövcuddur. Belə Duster ön ötürmə və mexaniki qutu ilə təklif olunur. Krossover dolu çənlərlə 1235 kilometr məsafə qət edə bilər.