Yenilənmiş Ford Focus hetçbeki "sığır” testinin öhdəsindən mükəmməl şəkildə gəlib. Ford Focus, alıcılar arasında ən çox tələb olunan kütləvi modellərdən biridir və belə bir avtomobilin müxtəlif səviyyəli sürücülər üçün təhlükəsiz olmaq çox vacibdir. İspaniyanın km77 nəşrinin sınaqlarında iştirak etmiş hetçbek özünü ən yaxşı tərəfdən göstərib. Xatırladaq ki, sınaqlar zamanı avtomobil kəskin şəkildə zolağı dəyişdirməli və qonşu zolağa keçməli, dəhlizdə qalmalı, sonra isə öz zolağına qayıtmalıdır. Əlbəttə ki, bu manevrlər zamanı, yola düzülmüş konusları aşırmamaq gərəkdir.
Sınaqlarda, 1,0-litrlik üçsilindrli EcoBoost turbomühərrikinə əsaslanan 125 at qüvvəli hibrid güc qurğusu ilə hərəkətə gələn beşqapılı hetçbek iştirak edib. Bu hetçbekin Focus modelinin ən sadə versiyalarından biri olduğunu nəzərə alan jurnalsitlər ondan o qədər də çox şey gözləmirdilər. Lakin hetçbek “sığır” testində km77 nəşri üçün etalon sayılan 77 km/saat sürətinə yaxınlaşmağa müvəffəq olub.
Nəşrin eksperti ən yaxşı cəhdində 76 km/saat sürətini qeydə almağa müvəffəq olub. Bu ispan nəşrinin ideal saydığı 77 km/saat olmasa da, 2023-cü ildə beş yaşı tamam olan modelin davranışı jurnalistləri heyran edib. Onlar, Focus modelinin hətta ən təcrübəsiz sürücülərə avtomobil üzərində nəzarəti saxlamağa imkan verən neytral davranışlarını xüsusilə qeyd ediblər.
Düzdür, nüanslarsız da ötüşməyib. Ford Focus hetçbekinin sınaq nüsxəsi “idman” ST-Line versiyasında olub. Belə versiya, ümumilikdə daha sərt asqıya, habelə çoxqollu arxa asqıya malikdir, çünki digər modifikasiyalarda torsiyon tiri quraşdırılır. Təbii ki, bu, avtomobilin idarə olunmasına təsir göstərməyə bilməz.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.