Avropada satılan Ford Mondeo modeli 2022-ci ilin mart ayında təqaüdə göndərilib və o vaxtdan bəri bu model yalnız Çin bazarında mövcuddur. Həmin ilin yanvar ayında Çində Mondeo sedanının beşinci nəsli debüt edib.
O, əvvəllər Evos kimi tanınan Mondeo Sport kross-liftbəki və Lincoln Zephyr sedanının yaxın qohumu olub. İndi isə, Çində satılan Mondeo yenilənib: modernləşdirilmiş sedan Quançjouda keçirilən sərgidə təqdim edilib.
Eksteryerdəki əsas dəyişikliklər ön hissədə cəmləşib. Ön işıqlandırma texnikası daha ənənəvi formaya malikdir (əvvəllər işıqlandırma sistemi iki mərtəbəli idi), radiator barmaqlığının ölçüsü artıb, ön bamperin kənarının mərkəzində qara örtmə peyda olub.
Avtomobilin profili dəyişməz qalır, lakin arxada yeni içlikli fənərlər var, baxmayaraq ki, onların forması eyni qalır. Yenidən işlənmiş arxa bamper də quraşdırılıb.
İnteryerdə indi Qualcomm Snapdragon 8155 prosessoru ilə işləyən məlumat-əyləncə sisteminin 27-düymlük sensorlu ekranı var. Müxtəlif dialoq ssenarilərini dəstəkləyən və quraşdırılmış süni intellekt olan qabaqcıl səs köməkçisi vəd edilir.
Mərkəzi konsolun tərtibatına yenidən baxılıb. İki smartfon üçün böyük simsiz şarj paneli əlavə edilib, stəkan tutacaqları isə, qoruyucu pərdəni itiriblər.
Yenilənmiş Ford Mondeo sedanı haqqında texniki detallar azdır. Yalnız yenilənmiş 2,0-litrlik turbomühərrikin xüsusiyyətləri açıqlanıb: onun hasilatı 7 at qüvvəsi və 15 Nm artaraq 261 at qüvvəsinə və 408 Nm-ə çatıb. Mühərrik səkkiz pilləli avtomatik transmissiya ilə birlikdə çalışır.
Yenilənmiş sedan həmçinin 1,5-litrlik turbomühərriki (190 at qüvvəsi, 258 Nm) və ona əsaslanan hibrid güc qurğusu (208 at qüvvəsi) ilə təchiz olunur.
Benzin-elektrik sedanları 308 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrik ilə də gəlirlər. Hər iki hibrid variant elektromexaniki variator (CVT) ilə təchiz edilirlər. Bütün versiyalar ön ötürməlidirlər.
Yeni modelin satışa çıxarılma tarixi və qiyməti daha sonra açıqlanacaq. Çində satılan yenilənmiş Ford Mondeo sedanının istehsalı Changan-Ford birgə müəssisəsində davam etdiriləcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









