Subkompakt krossoveri, əvvəlki kimi, 1,0-litrlik EcoBoost turbomühərriki, mexaniki və ya robotlaşdırılmış transmissiyası olan bir neçə versiyada təklif edəcəklər. Bundan başqa, yenilənmiş krossover yeni multimedia sistemini alıb: rəqəmsal cihazlar panelinin diaqonalı 12,8 düym, mərkəzi displeyin isə, 12 düymdür.

Avtomobilin elektron köməkçilərinin sayı artırılıb, opsiyalar siyahısına göz qamaşdırmayan uzaq işıqları və döngələri işıqlandırma funksiyası olan matrisa fənərləri əlavə edilib. 

Ford Puma krossoveri yeddinci nəsil Fiesta modeli ilə eyni platformanı bölüşür və yalnız üç bazarda satılır: Avropa, Avstraliya və Cənubi Afrika. Yenilənmə ilə o, demək olar ki, dəyişməz qalıb, lakin texniki baxımdan ciddi şəkildə irəliləyib.

Krossoverdə döngəni işıqlandırma funksiyasına malik olan matrisa fənərləri, hərəkət zolağının mərkəzləşdirilməsi olan adaptiv kruiz-kontrol, həmçinin böyüdülmüş rəqəmsal cihazlar paneli və mərkəzi sensorlu ekran qurşdırılacaq. Doğrudur, burada multimedia Explorer modelindəki kimi Digital Experience deyil, əvvəlki SYNC 4 sistemidir.

İnteryerdə tamamilə fərqli ön paneli və yeni sükan çarxını görmək mümkündür, lakin yenilənmiş Puma  krossoverini ayırd etməyə imkan verən yeganə şey gündüz hərəkət işıqlarının dizaynıdır.

Titanium, ST-Line və ST-Line X versiyaları ön bamperin, radiator barmaqlığının və təkər disklərinin dizaynı ilə fərqlənirlər. Kuzov boyası palitrasına yeni yaşılımtıl-boz Cactus Grey daxil olmaqla altı çalar daxildir. 

Adi Puma modelləri mexaniki və ya robotlaşdırılmış transmissiya, 1.0 EcoBoost Hybrid turbomühərriki (125/155 at qüvvəsi) ilə təchiz edilirlər. "Bərkgedən" Puma ST versiyası eyni mühərrikin 170 at qüvvəli versiyası və yalnız Powershift transmissiyası ilə təklif edilir.

200 at qüvvəli mühərrik və mexaniki ötürmələr qutusuna malik olan versiya isə, modifikasiya çeşidindən çıxarılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ford şirkəti ilin sonuna qədər Puma krossoverinin başqa bir versiyasını - Puma Gen-E elektromobilini təqdim edəcəyini bildirib. Şayiələrə görə, krossover E-Transit Courier furqonu ilə ümumi platformanı paylaşacaq.

Bu isə, o, ön oxda 136 at qüvvəli elektrik mühərrikinin quraşdırılacağından xəbər verir. Yenilənmiş Puma krossoverləri isə, artıq satışdadırlar. Məsələn, Böyük Britaniyada krossoverin başlanğıc qiyməti 25 790 funt sterlinqdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.