Orta ölçülü GAC Trumpchi GS5 krossoveri üç il əvvəl debüt edib. Buna baxmayaraq, GAC şirkəti modelin planlaşdırılmış yenilənməsini həyata keçirib. Yenilənmə geniş miqyaslı xarakter daşımır, buna baxmayaraq yenilənmiş modelin "rütbəsi aşağı salınıb": indi krossover GAC Trumpchi GS4 Plus adlanır - yəni onu rəsmi olaraq sonuncu GS4 modelinin "böyüdülmüş" versiyası kimi səciyyələndirmək olar. Qeyd etmək lazımdır ki, bu modellər fərqli platformalarda inşa ediliblər.
Krossoverin “üzü” dəyişdirilib və indi model radiator barmaqlığının fərqli dizaynı olan iki versiyada təklif olunur. Mütəxəssislər bu tərtibatların qartal qanadlarının iki fərqli vəziyyətinin simvolu olduğunu bildirilər. Çox qəribədir ki, arxa fənərlər son dövrlərdə Çində dəbdə olan işıqlanan zolaq ilə birləşdirilməyiblər.
Yeni bamperlər sayəsində krossoverin uzunluğu 15 millimetr (4710 millimetr) artsa da, eni (1885 millimetr) və hündürlüyü (1726 millimetr) əvvəlki kimi qalır. Təkər bazasının genişliyi isə 2710 millimetrdir.
İnteryerdə baş vermiş dəyişikliklər elə də çox deyil. Transmissiyanın selektoru (indi qeydə alınmayandır) dəyişdirilib, sükan çarxında yeni düymələr peyda olub, virtual cihazlar panelinin dizaynı yenidən işlənibdir. İki rəngli tərtibatı da sifariş etmək mümkündür.
Bundan başqa, Trumpchi GS4 Plus modeli genişləndirilmiş onlayn imkanları ilə seçilən yeni nəsil ADiGO 4.0 media sisteminə sahib olan ilk GAC modelidir.
Maraqlıdır ki, “rütbəsinin aşağı salınmasına” baxmayaraq krossover daha güclü mühərriki əldə edib. GAC Trumpchi GS4 Plus modeli daha iri GS8 ofrouderindən tanış olan 252 at qüvvəli 2,0-litrlik turbomühərriklə təklif olunur.
Əvvəlki 169 at qüvvəli 1,5-litrlik turbomühərrik də mühərrik çeşidindəki yerini qoruyub. Hər iki mühərrik altı pilləli klassik Aisin “avtomatı” ilə tandemdə çalışır. Ötürmə - ön oxadır.
GAC Trumpchi GS4 Plus krossoverlərinin Çindəki satışlarına cari ilin üçüncü rübündə başlanacaqdır. Yenilənmiş krossoverin qiyməti 21.000 dollardan başlayır. Bu yenilənmədən əvvəlki modeldə olduğundan 1.000 dollar çoxdur.