Great Wall Motors konserni bizə Dargo adı ilə tanış olan təkmilləşdirilmiş Big Dog krossoverinin satışına başlayıb. Görünüşündə lokal dəyişikliklər baş vermiş və təkmilləşdirilmiş turbomühərrikə malik olan “Böyük köpək” üçün 123 900 - 149 900 yuan (29 - 37 min manat) arasında pul istəyirlər.
Yenilənmiş Haval Darqo modelini, ilk növbədə, əvvəlki üç zolaq əvəzinə iki enli üfüqi zolaq olan radiator barmaqlığı sayəsinə tanımaq olar. Dəyirmi fənərlər yerində qalıb, lakin daha çox kvadrat çərçivələri alıblar. Arxa tərəfdə dəyişikliklər isə, yeni kursivsiz şriftlə yazılmış “Haval” sözü ilə məhdudlaşırıb. Krossoverin uzunluğu əvvəlki kimi 4620 millimetr, klirensi isə 200 millimetrdir. Seçmək üçün 18 və ya 19 düymlük təkər diskləri təklif edilir.
Haval həmçinin 14 radar və beş kameradan məlumat alan L2 yarımavtopilotunu təkmilləşdirib. İndi o, yüksək sürətlə hərəkət zamanı kömək edir və Dargo modelini uzaqdan park etməyi bacarır. Həmçinin modelin arsenalda proyeksiya displeyi, “şəffaf kapot” funksiyası, qadcetlərin simsiz doldurma bölməsi, havalandırma və ön oturacaqlardakı masaj funksiyası var.v
Çində satılan Big Dog 184 at qüvvəsi və 275 Nm fırlanma anı hasil edən 1,5-litrlik mühərrik, habelə 238 at qüvvəsi və 385 Nm fırlanma anı hasil edən 2,0-litrlik aqreqatla təklif olunur. Artım 27 at qüvvəsi və 60 Nm təşkil edir. Birinci aqreqat 7-pilləli, ikincisi isə 9-pilləli “robot” ilə birləşdirilir.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.