Hyundai şirkəti bizim bazarda Accent, Ruisya bazarında isə Solaris kimi məşhur olan yığcam sedanın yenilənmiş versiyasının ilk rəsmi şəkilləri və sedan haqqında bəzi təfərrüatlar ilə paylaşıb. Yenilənmiş model Sankt-Peterburqdakı zavodda istehsal ediləcəkdir. Avtomobilin Rusiya bazarındakı satışlarına 18 fevral tarixində başlanacaqdır. Qiymətlər və spesifikasiyalar satışların başlanmasına yaxın zamanda açıqlanacaqdırlar.
Yenilənmiş Accent/Solaris radiator barmaqlığının xüsusi tərtibatına malik olan orijinal ön hissəsi ilə seçilir. Arxa hissədə baş vermiş dəyişikliklər cüzi xarakter daşıyır: - dəyişikliklər yalnız arxa fənərlərin geometriyasına və naxışlarına təsir edib. Bundan başqa, Hyundai Solaris multimedia sisteminin mərkəzi konsolun üstündə quraşdırılan geniş formatlı ekranına sahib olub.