Bu günlərdə Çinin kütləvi informasiya vasitələrinin sərəncamına yenilənmiş Hyundai Verna modelinin şəkilləri daxil olub. Bizim bazarda Hyundai Accent adı ilə satılan modelin təsvirləri Cinin sertifikasiya orqanlarının bazasında aşkar edilib.
Yenilənmiş avtomobil əvvəlkindən daha çıxıntılı ön bamperi, dəyişdirilmiş radiator barmaqlığı və təkmilləşdirilmiş ön işıq texnikası sayəsində ayırd etmək olar. Arxa hissədə isə, işıqlanan zolaqla birləşmiş arxa fənərləri görmək olar. Sertifikasiya sənədlərində avtomobilin restaylinqdən öncəki variantdan 25 mm uzun olduğu da birlirilib. 4405 mm uzunluğa malik olan modelin təkər bazasının genişliyi dəyişməyib - 2600 mm.
İnteryerin şəkilləri dərc edilməyib. Çox güman ki, Verna/Accent təkmilləşdirilmiş multimedia sisteminə sahib olacaqdır. Bahalı versiyalarda virtual cihazlar panelinin təklif ediləcəyi söylənilir. Hyundai Verna modeli standart olaraq 100 at qüvvəli 1,4-litrlik mühərrik ilə təchiz ediləcəkdir. Modelin yenilənmədən öncəki versiyası 123 at qüvvəli 1,6-litrlik mühərrik ilə də təklif edilirdi.