Hyundai şirkətinin İndoneziya nümayəndələyi yenilənmiş Creta modelinin debüt tarixini açılqayıb. Yenilənmiş krossover 11 noyabr tarixində GIIAS (Gaikindo Indonesia International Auto Show) avtosalonunda təqdim ediləcəkdir. Məlumatla yanaşı, nümayəndəlik yenilənmiş modelin iki yeni tizerini də dərc edib. Şəkillərdən göründüyü kimi, yenilənmiş Creta ikirəngli boyanma sxeminə sahib olub: avtomobilin kuzovu qırmızı rəngdə olsa da, dam və kuzov dayaqları qara rəngə boyanıblar.

Təsvirlərdən göründüyü kimi, yenilənmiş Creta yeni nəsil Tucson modelinin üslubunda ön tərəfə malik olacaqdır - yenilənmiş model gündüz hərəkət işıqları inteqrasiya olunmuş haşiyəsiz radiator barmaqlığını alacaqdır. Bundan başqa, yan tərəfdəki çıxıntılar da dəyişdiriləcəkdirlər, kuzov isə ümumilikdə daha brutal olacaqdır.

Əgər Creta modeli ön tərəfdən kiçildilmiş Tucson kimi görünsə də, dizaynerlər arxa tərəfin dizaynına toxunmamaq qərarına gəliblər. Salonda multimedia sisteminin səkkizdüymlük ekranı və əlavə oturacaq cərgəsi peyda olacaqdır - yeddiyerlik versiyanın uzadılmış deyil, standart kuzova malik olacağı gözlənilir.

İlkin məlumata görə, krossoverin mühərrik çeşidi dəyişilməz qalacaqdır. Cənubi-şərqi Asiya bazarlarında Creta modeli 115 at qüvvəli 1,5-litrlik benzin və dizel mühərrikləri ilə təklif edilir. Ən güclü aqreqat isə, 140 at qüvvəli dördsilindrli turbomühərrik olacaqdır. Güc aqreqatları mexaniki ötürmələr qutusu, variantor və yaxud iki muftalı robotlaşdırılmış transmissiya ilə təchiz ediləcəklər.

Yenilənmiş Hyundai Creta modelinin satılacağı ilk bazar İndoneziya olacaqdır. Hazırda bu ölkədə Hyundai şirkətinin yeni zavodunun inşası başa çatmaq üzrədir. Yenilənmiş krossovein istehsalı həmin zavodda yerləşdiriləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.